03 Oktyabr 2025 22:57
6191
COP29
A- A+
Braziliyalı ekspert: COP30 Braziliya üçün böyük sınaq və fürsət olacaq  

Braziliyalı ekspert: COP30 Braziliya üçün böyük sınaq və fürsət olacaq  


Azərbaycanın COP29 sədrliyindən əldə etdiyi təcrübə COP30-un səmərəli təşkili üçün də önəmli dəstək olacaq. Bakı ilə Braziliya arasında ikitərəfli münasibətlər getdikcə daha da möhkəmlənir və iqlim gündəliyində qarşılıqlı maraqlar ölkələr arasında tərəfdaşlığı gücləndirir. Azərbaycanın davamlılıq sahəsində təşəbbüsləri Braziliya üçün də ilham mənbəyi kimi dəyərləndirilir. Bu baxımdan COP29 və COP30-un ardıcıl keçirilməsi iki ölkə arasında yeni əməkdaşlıq imkanları açır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Braziliya Kiçik və Mikrobiznesə Dəstək Xidmətinin (SEBRAE) Alaqoas ştatındakı regional ofisinin direktoru və ölkədəki bütün analoji regional nümayəndəliklər assosiasiyasının vitse-prezidenti, Braziliyanın sabiq turizm naziri Vinisius Nobre Lajes səsləndirib.

O, Azərbaycanın COP29-a ev sahibliyi və sədrliyi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın qlobal iqlim proseslərində fəal iştirakı xüsusilə də inkişaf etməkdə olan ölkələr və Latın Amerikası dövlətləri ilə əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Dayanıqlı Expo: Planet üçün incəsənət və innovasiya” tədbirinin keçirilməsinin xüsusi önəmini vurğulayan Vinisius Nobre Lajes incəsənət və innovasiyanın vəhdətini əks etdirən sərginin hər kəs tərəfindən maraqla qarşılandığını xüsusi qeyd edib. “Mənim üçün çox xoş oldu ki, bu sərgidə incəsənət, innovasiya, gənclik və qadın sahibkarların bir araya gəldiyini gördüm. Onlarla tələbə ilə söhbət etdim. Onlar iqlim böhranına cavab tapmaq, kənd təsərrüfatında, hidroenerjidə, qida və səhiyyə sahəsində emissiyaları azaltmaq üçün həll yolları təklif edirdilər. Yanaşmaları və təqdim etdikləri innovativ həllər məni, həqiqətən, çox təsirləndirdi. Ən diqqətçəkən məqamlardan biri də bu idi ki, iştirakçıların əksəriyyəti qadınlar idi – kimya mühəndisləri, elektrotexnika, aqrar və mülki mühəndislik sahəsində təhsil alan gənc mütəxəssislər. Bu, gələcəyin böyük potensialını göstərir. Eyni zamanda, sərgidə incəsənəti də görmək çox vacibdir. Çünki incəsənət insan yaradıcılığının güzgüsüdür və ətraf mühit mövzusunda yeni baxış bucağı formalaşdırmağa imkan yaradır”, - deyə o vurğulayıb.

Bakı İqlim Fəaliyyəti Həftəsinin iqlim təşəbbüslərinin genişləndirilməsi, hökumətlər, bizneslər və elmi icma arasında əməkdaşlığı əks etdirdiyini bildirən ekspert deyib: “Burada ölkənin iqlim dəyişikliyi ilə bağlı göstərdiyi liderliyi, atdığı addımları görmək olduqca sevindiricidir. COP29 Sədrliyi – Muxtar Babayev, Nigar Arpadarai, Leyla Həsənova və digər rəsmilərin iştirakı ilə aparılan müzakirələr çox mühüm idi. Azərbaycan bu tədbirlər vasitəsilə həm daxildə, həm də beynəlxalq müstəvidə ciddi öhdəliklər götürdüyünü nümayiş etdirir”.

COP30 barədə məlumat verən Vinisius Nobre Lajes vurğulayıb ki, Braziliya üçün bu, böyük sınaq olacaq. “COP29-da əldə edilən nəticələr, xüsusilə maliyyə məsələləri, tullantıların idarəolunması, karbon emissiyalarının azaldılması və danışıqlarda əldə edilən razılaşmalar bizim üçün çox yüksək plan müəyyən edir. COP30 isə Braziliyanın son illərdə ilk dəfə belə bir ekoloji tədbirə ev sahibliyi etməsi baxımından əlamətdardır. Bu, bizim üçün dünyaya kənd təsərrüfatı, enerji, mədənçilik kimi sahələrdə dayanıqlı inkişaf istiqamətində gördüyümüz işləri göstərmək imkanı olacaq. “SEBRAE” təşkilatı olaraq, biz də Azərbaycan ilə əməkdaşlıqda maraqlıyıq. Dünən “AZPROMO” ilə görüşümüz oldu və iki bazarı inteqrasiya etmək imkanlarını müzakirə etdik. COP30 təkcə razılaşmaların əldə olunacağı tədbir deyil, həm də gələcəyə doğru atılacaq yolun başlanğıcıdır”, - deyə o diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanın qızıl ehtiyatları təxminən 100 ton artıb

14:54
11 Noyabr

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Pokrovsk və Mirnoqrad uğrunda ağır döyüşlər davam edir  

12:52
11 Noyabr

Gəncənin ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulur  

11:51
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb

20:00
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!