19 İyul 2025 13:41
685
DÜNYA
A- A+
BMT Baş Assambleyası təşkilatda islahatların inklüziv və şəffaf olmasının vacibliyini qeyd edib  

BMT Baş Assambleyası təşkilatda islahatların inklüziv və şəffaf olmasının vacibliyini qeyd edib  

Cümə günü, iyulun 18-də BMT Baş Assambleyası konsensus əsasında Birləşmiş Millətlər Təşkilatının sistemini gücləndirmək və sadələşdirmək üçün Baş katibin “UN80” təşəbbüsünə dair qətnamə qəbul edib.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Rusiya tərəfindən təqdim olunan və səsvermə olmadan qəbul edilən mətndə deyilir: “Dəyişən dünya ilə ayaqlaşmaq üçün Baş katibin Birləşmiş Millətlər Təşkilatını gücləndirmək səylərini alqışlayır və BMT-nin strukturları və ixtisaslaşmış qurumlarını islahat addımlarını sürətləndirməyə çağırırıq”.

Qətnamədə 193 üzvdən ibarət Assambleyanın inklüziv və şəffaf olacaq islahatlar prosesində mərkəzi rolu tanınır. Sənəddə, həmçinin müəyyən edilmiş prosedurlara uyğun olaraq, Baş katibin təşəbbüsü çərçivəsində aydın müəyyən edilmiş məqsədlərə və dəlillərə əsaslanan yanaşma əsasında Birləşmiş Millətlər Təşkilatının təsirini gücləndirmək, onun çevikliyini, problemlərin həlli zamanı səmərəliliyi və davamlılığını artırmaq məqsədi ilə verilən təkliflərin qəbul edilməsinin vacibliyi qeyd olunur.

Mart ayında Baş katib tərəfindən irəli sürülən “UN80” təşəbbüsündə diqqət üç prioritet üzərində cəmlənir: əməliyyat səmərəliliyini artırmaq, üzv dövlətlərdə mandatların və ya əsas vəzifələrin necə yerinə yetirildiyini qiymətləndirmək və BMT sistemində struktur islahatlarını araşdırmaq.

Bir neçə nümayəndə heyəti islahat səylərinə dəstək ifadə edib, lakin qətnamənin vaxtında qəbulunu şübhə altına alıb. Avropa İttifaqı adından çıxış edən Danimarka nümayəndəsi prosesin “vaxtından əvvəl və tələskən olduğunu” qeyd edərək məsləhətləşmələr üçün məhdud vaxtın “belə bir təşəbbüsün tələb etdiyi konstruktiv əlaqəyə imkan vermədiyini” bildirib.

Avstraliya da CANZ qrupu (Kanada, Avstraliya və Yeni Zelandiya) adından bu fikri təkrarlayıb və xəbərdarlıq edib ki, erkən qətnamə "irəli sürülən təkliflərin həm əhatə dairəsini, həm də ambisiyasını məhdudlaşdıran risklər yaradır".

İslandiya, Norveç və Lixtenşteyn də daxil olmaqla başqa bir qrupun adından danışan İsveçrə də islahatın uzunmüddətli səmərəliliyi təmin etməklə yanaşı, mövcud aktivlərə əsaslanaraq, onların “iddialı və strateji olmadığını” vurğulayıb. Yaponiya "çoxtərəfliliyə sadiqliyini" qeyd edib və bu təşəbbüsün BMT-nin canlandırılmasının aktuallığına cavab verdiyini bildirib. Yaponiya nümayəndəsi bu islahatların yalnız birgə səylərlə həyata keçirilə biləcəyini əlavə edib.

Cavab hüququndan istifadə edən Rusiya nümayəndəsi mətnin tələsik olması ilə bağlı iddiaları rədd edərək “bir neçə raund məsləhətləşmələr apardığını” və “sükut proseduruna çıxan nümayəndə heyətlərinin göstərdiyi qırmızı xətləri nəzərə aldığını” bildirib.

“Sükut proseduru” sənədin qəbulu ilə bağlı rəsmi hərəkətə keçməzdən əvvəl nümayəndə heyətlərinin qətnamə və ya qərar layihəsinə etirazlarını bildirmələri üçün vaxt pəncərəsini müəyyən edir.

Rusiya nümayəndəsi bildirib ki, qətnamə üzv dövlətləri “bu prosesin hərəkətverici qüvvəsinə” çevirir, eyni zamanda, BMT Nizamnaməsinə əsasən Baş katibin ali inzibati vəzifəli şəxs kimi üstün səlahiyyətini tanıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!