08 Noyabr 2026 10:58
529
SİYASƏT
A- A+
Birliyimizin zəfəri    

Birliyimizin zəfəri    


XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən İran və Şərqi Anadoludan qədim Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər 200 ildir ki, azərbaycanlılara qarşı təxribatını davam etdirir. Məskunlaşdıqları ilk vaxtdan ermənilər xislətlərinə uyğun olaraq Azərbaycan toponimlərini dəyişməyə, sıx yaşadıqları ərazilərdən azərbaycanlıları sıxışdırmağa başladılar. Baş verən tarixi hadisələrdən istifadə edən ermənilər xalqımıza qarşı qanlı cinayətlər törədir, havadarlarının köməyi ilə azərbaycanlı qadınları, uşaqları belə qətlə yetirirdilər. Rusiya inqilabının yaratdığı şəraitdən istifadə edərək 1905-1907 və 1918-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib. 1918-1920-ci illərdə ermənilərin törətdikləri vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. İrəvanda, Zəngəzurda, Göyçədə, Şamaxıda, Gəncədə, Bakıda və bir çox ərazilərdə ermənilər azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər, xalqımızı öz yurd yerlərindən qovdular.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında deyib ki, Sovetlər İttifaqı dövründə də 1948-ci ildən SSRİ rəhbərliyi müxtəlif bəhanələrlə Ermənistan Respublikasında yaşayan yüz minlərlə azərbaycanlını minilliklər əvvəl yaşadıqları öz doğma torpaqlarından Azərbaycana deportasiya edib. Ağır şəraitdə yük vaqonlarında Azərbaycana göndərilən yüzlərlə soydaşımız yolda dünyasını dəyişdi. “1988-ci ildən başlayaraq Qarabağdakı erməni millətçiləri Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi məqsədilə mitinqlər keçirməyə başladı. O vaxt Azərbaycana rəhbərlik edən şəxslər təəssüflər olsun ki, bu hadisələrin qarşısını almaqda acizlik göstərdilər. Qarabağdakı daşnaklar, xaricdən gələn terrorçular silahlı dəstələr yaradaraq azərbaycanlıları qətlə yetirirdilər. 1991-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Vətəndaşlarımıza qarşı misli görünməmiş soyqırım cinayəti törətdilər, şəhər və kəndlərimizi viran qoydular. Ermənistan  BMT TŞ-nin məlum 4 qətnaməsini yerinə yetirməkdən imtina edirdi. İkili standartların mövcudluğu səbəbindən Ermənistana heç bir təzyiq göstərillmirdi. Münaqişənin tənzimlənməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə mövcud vəziyyətin dondurulmasına və erməni işğalına xidmət edirdi”, – deyə o əlavə edib.

Ekspert bildirib ki, Azərbaycan xalqı hər zaman öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı. 2003-cü il oktyabrın 15-də xalqımız Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevə səs verərək Azərbaycan Respublikasının Prezidenti seçdi. Xalqımız bilirdi ki, torpaqlarımızı işğaldan yalnız İlham Əliyev kimi bir lider azad edə bilər. İlham Əliyev prezident seçildiyi ilk vaxtlardan müqəddəs amal uğrunda -  işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, usanmadan çalışdı. Prezident İlham Əliyevin gərgin əməyinin, güclü və düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi. Xalqımız dünyada əzmkar, qürurlu xalq kimi tanındı. Vətən müharibəsində qazandığımız qələbəmizi şərtləndirən amillərdən biri də Prezident İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlətə çevirməsi oldu. Məhz bu dayanıqlı iqtisadiyyat nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Dövlət büdcəsindən ordumuza kifayət qədər vəsait ayrıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz edildi. Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi baza yaratdı. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda qətnamələr qəbul edildi. Görülən bütün fəaliyyət Azərbaycanı qalibiyyətə - 8 noyabr Zəfərinə aparırdı.

K.Əliyeva qeyd edib ki, Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük qələbəmizə bərabər tutula biləcək bir tarix yaşamamışdıq: “Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi qələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmayıb ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz və zabitlərimiz  torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi, müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız  cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət dəmir bir yumruğa çevrildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də güdrəti çatar”. 

Ekspert deyib ki, Prezident İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı. Prezident İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gərdi və mübarizlik rəmzinə çevirildi. İlham Əliyev prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qazandıq. “Ulu Öndər Heydər Əliyev xalqla ğörüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün  torpaqlarımızı qaytaracağıq" deyirdi. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söyləyirdi. Ölkə başçımız Ulu Öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin  Ümummilli Liderin qəbrini ziyarət etməsi və Şəhidlər Xiyabanında çıxışında "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu Öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb və tapmaqdadır”, – deyə o əlavə edib.

K.Əliyeva vurğulayıb ki, 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisə oldu və Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Lakin Xankəndi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri və Qarabağdakı separatçılara məxsus silahlı dəstələr 10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməyə zidd olaraq bu ərazilərdən çıxmamışdılar və mülki vətəndaşlarımıza və hərbçilərimizə qarşı terror aktı törədirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. 2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu.  Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız gətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya  göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamadıq.

Ekspert Böyük zəfərdən sonra artıq Böyük Qayıdış proseslərinə start verildiyini diqqətə çatdıraraq bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi artıq işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da bütün Azərbaycan xalqı İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşib. 


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!