31 Avqust 2025 09:15
22579
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Əgər avtobusda və ya digər ictimai nəqliyyatda sürücü sərnişinlə kobud rəftar edərsə, nalayiq ifadələr işlədərsə və hörmətsizlik göstərərsə, sərnişin öz hüquqlarını qorumaq üçün hansı hüquqi addımları ata bilər? Bu halda hara və necə şikayət etmək olar?


Məhbubə CAHİDLİ, 

Bakı şəhəri


- Sualınızda qaldırılan məsələ ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qeyd olunan hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Yəni belə hərəkətlər ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkət hesab oluna bilər ki, bu halda sürücü 50-100 manatadək məbləğdə cərimə edilə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs oluna bilər. Eyni zamanda bu hərəkətlər "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələblərinin pozuntusu kimi də qiymətləndirilməlidir, çünki bu hal daşıma xidməti üzrə keyfiyyət standartının tələblərinin pozuntusudur. Qeyd olunan halla bağlı siz Daxili İşlər Nazirliyinin "102  xidməti"nə zəng edərək hadisə barədə məlumat verə bilərsiniz ki, sürücü barəsində inzibati məsuliyyət tədbiri seçilsin. Həmçinin nəqliyyat vasitəsinin aid olduğu şirkətə və ya idarəyə  yazılı və ya elektron qaydada şikayət də edə bilərsiniz. Əgər hadisə təhqir xarakterli olmaqla sizin şərəf və ləyaqətinizə toxunulubsa, siz Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsini tələb edə bilərsiniz.


- Miras paya sərəncam verilməsinə dair müqavilənin təsdiqi üçün dövlət rüsumunun məbləği və xidmət haqqı nə qədərdir?


Lalə MUSTAFAYEVA,

Qazax rayonu


- "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 10.7.1-10.7.3-cü maddələrinə əsasən, miras paya sərəncam verilməsinə dair müqavilə qiymətləndirilən müqavilə hesab olunur və əgər tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərdən ibarətdirsə, dövlət rüsumunun məbləği 15 manat, xidmət haqqı 2 manat 25 qəpikdir. Əgər həmin şəxslər digər fiziki və hüquqi şəxslərdirsə, dövlət rüsumunun məbləği 100 manat, xidmət haqqı 15 manat təşkil edəcəkdir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!