02 Mart 2025 09:25
2194
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Xalamın əri vəfat edib. Mərhum pensiyaçı idi, eyni zamanda fərdi təqaüd alırdı. Xalam isə hələ pensiya yaşına çatmayıb. Öyrənmək istəyirəm, o, ərinin pensiyası və fərdi təqaüdünü ala bilər? Ümumiyyətlə, vəfat etmiş şəxsin pensiyası, həmçinin fəxri adlara və ya xüsusi xidmətlərinə görə təqaüdü hansı hallarda ailə üzvlərinə verilir? Bu məsələ ilə bağlı geniş şərh verməyinizi xahiş edirəm. 


Səbinə  QASIMOVA,

Bakı şəhəri


- Sualınızla bağlı bildiririk ki, qeyd olunan məsələlər "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun), "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı (bundan sonra - fərman) və "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı (bundan sonra - qərar) ilə tənzimlənir.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ailə başçısını itirməyə görə pensiya ailə başçısını itirmiş və əmək qabiliyyəti olmayan ailə üzvlərinə təyin edilir. Bu pensiya növü vəfat etmiş şəxsin əmək pensiyası hüququ olduğu halda onun ailə üzvlərinə verilir:

Övladları:

* 18 yaşına çatmamış;

* 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı sağlamlıq imkanları məhdud;

* Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək.

Ata, ana, ər və ya arvad:

* Pensiya yaşına çatmışdırsa;

* Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdirsə.

Digər ailə üzvləri:

* Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Adıçəkilən qanunun 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş ailə başçısının (xalanızın əri) öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) arvadının (xalanızın) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bunun üçün pensiya yaşına çatması tələb olunur. Sualınızda bildirdiyiniz kimi, xalanız pensiya yaşına çatmadığı üçün ona yalnız həmin yaş həddinə çatdıqdan sonra ailə başçısını itirməyə görə əmək pensiyası avtomatik təyin ediləcək. Belə ki, qanunun 31-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin olunur.

Onu da əlavə edək ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxsə onun arzusu ilə yalnız bir pensiya təyin edilir. Bu səbəbdən pensiya yaşına çatdıqda xalanızın aşağıdakı iki növ pensiyadan birini seçmək hüququ yaranacaqdır: 

1. Əgər xalanızın sığorta stajı və pensiya kapitalı yetərli olarsa, ona yaşa görə öz əmək pensiyası təyin ediləcəkdir;

2. Bununla belə, əgər xalanız pensiya yaşına çatdıqda ona təyin ediləcək yaşa görə  əmək pensiyasının məbləği aşağı olarsa və ya ümumiyyətlə, pensiya almaq hüququ yaranmasa, bu halda o, ailə başçısını itirməyə görə pensiya hüququndan istifadə edə biləcəkdir. 

Ailə üzvlərinin onun fərdi təqaüdündən yararlanması məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarı ilə təsdiq edilmiş qaydaların 8.1.2.2-ci bəndinə uyğun olaraq, şəxsin vəfat etməsi ilə ona təyin edilən təqaüdün ödənişi dayandırılır. Qaydalarda fərdi təqaüd almış şəxslə qohumluq əlaqəsi olan hər hansı şəxsin fərdi təqaüdü almaq hüququ  müəyyənləşdirilməyib. 

Beləliklə, xalanız yalnız pensiya yaşına çatdıqdan sonra ərinin ölümü ilə bağlı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi hüququna malikdir. Vaxtilə ərinin aldığı fərdi təqaüdə münasibətdə isə bu cür analoji hüququ qanunvericiliklə təsbit edilməmişdir. Belə ki, fərdi təqaüd və fəxri adlara görə təqaüdlər xüsusi xidmətlərə və ya nailiyyətlərə görə fərdi qaydada təyin edilir  və şəxsin vəfatından sonra  ailə üzvlərinə keçmir. 


- "Lada" markalı avtomobil sahibiyəm. Mütəmadi olaraq yolda DYP əməkdaşları məni dayandırıb gah avtomobilin önünün yuxarı, gah da arxasının aşağı olmasını iddia edirlər. Nəqliyyat vasitəsindəki qanunazidd hər hansı müdaxiləni yerində müəyyən etmədən, protokol tərtib etmədən avtomobili duracağa (cərimə meydançasına) aparmaq istəyirlər. Avtomobilə heç bir müdaxilə edilmədiyini bildirsəm də, buna məhəl qoymurlar. Sualım bir neçə bənddən ibarətdir:

* DYP əməkdaşları avtomobildə konstruksiya dəyişikliyini və ya hər hansı nasazlığı nəyə əsasən, necə və harada müəyyən etməlidirlər?

* DYP əməkdaşlarının şübhəsi avtomobilin duracağa aparılmasına əsas ola bilərmi?

* Bu zaman protokol tərtib olunmadan avtomobili duracağa apara bilərlərmi?


Fəxri KƏRİMLİ,

Masazır qəsəbəsi


- Qaldırdığınız məsələlərlə bağlı bildiririk ki, qeyd olunanlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün mühafizə olunan duracağa göndərilir. Göründüyü kimi, dövlət yol polisi nəqliyyat vasitəsinə edilmiş konstruksiya dəyişikliyini yerində müəyyənləşdirmək hüququna malikdir və həmin dəyişikliyin yerində aradan qaldırılması mümkün deyilsə, o zaman onu duracağa göndərir. Nasazlıqların siyahısı "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsi ilə müəyyən olunur.

Nəqliyyat vasitələrinin hansı hallarda duracağa aparılması məsələsinə gəldikdə isə, qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci maddəsinə görə, nəqliyyat vasitəsi onun sürücüsü tərəfindən həmin məcəllənin 346.1, 346.2 və 346.4-346.9-ü maddələrində qeyd olunan hallarda müvəqqəti olaraq  mühafizə olunan duracaqda saxlanılır. Həmin halların sırasında dövlət yol polisinin avtonəqliyyat vasitəsinin sürücüsü barəsində şübhəsi əsası ilə həmin nəqliyyat vasitəsinin duracağa aparılması mövcud deyildir.

Eyni zamanda duracağa aparılan nəqliyyat vasitəsinin sürücüsü barədə "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinin tələbinə müvafiq olaraq aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edilməlidir. Həmçinin nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

19:01
15 May

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib  

19:00
15 May

Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dollar olub

19:00
15 May

2000 illik qədim hərbi qala aşkarlanıb

18:31
15 May

AQTA sədri Oğuzda vətəndaşların müraciətlərini dinləyib, istehsal müəssisələrinə baş çəkib  

18:31
15 May

Çinin ölkəmizdə yeni təyin edilmiş səfiri Milli Məclisdə olub  

18:30
15 May

Azərbaycan-Macarıstan parlamentlərarası münasibətləri müzakirə olunub  

18:29
15 May

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 72-ci iclası keçirilib  

18:24
15 May

Hakan Fidan: Ukrayna ilə Rusiya arasında ədalətli və uzunmüddətli sülhə aparan yol dialoqdan keçir  

18:22
15 May

Baş Prokurorluqda prokurorluq orqanlarında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

18:21
15 May

Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub  

18:19
15 May

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur

18:15
15 May

İqtisadiyyat naziri AYİB-nin İllik Toplantısı çərçivəsində sessiyalarda və görüşdə iştirak edib  

17:59
15 May

Azərbaycan və Qazaxıstan parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

17:36
15 May

Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib 

17:16
15 May

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin edilib  

16:47
15 May

Fərid Qayıbov: Minifutbol millimizin əldə edəcəyi uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq  

16:39
15 May

Macarıstan XİN-in başçısı Aİ-ni Rusiya-Ukrayna danışıqlarına mane olmamağa çağırıb

16:29
15 May

Komitə sədri: Ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib  

16:26
15 May

Bahar Muradova: Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir  

16:16
15 May

ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

16:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!