10 Dekabr 2024 01:40
901
MSK
A- A+
Bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 51/246


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) 2024-cü il 27 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 35.2-ci maddəsinə əsasən, seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən aidiyyəti orqanlarla razılaşdırılaraq, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.

Qanunvericilikdə nəzərdə tutulan tələblərin təmin olunması məqsədilə, xüsusilə də seçici sayının hazırkı artımı səbəbindən 1 saylı Şərur - Sədərək və 68 saylı Sabirabad - Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili zərurəti ortaya çıxmışdır.

Seçki Məcəlləsinə əsasən seçki məntəqələri bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır.

Beləliklə, Seçki Məcəlləsinin 35.3-cü maddəsinin tələbləri, habelə 35.2-ci və 36.4-cü maddələrində göstərilən prosessual müddətlər nəzərə alınmaqla, 1 saylı Şərur - Sədərək və 68 saylı Sabirabad - Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü, 35.2-ci, 35.3-cü və 36-cı maddələrinə uyğun olaraq qərara alır: 

1. 1 saylı Şərur - Sədərək və 68 saylı Sabirabad - Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edisin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


09.12.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

21:42
25 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

21:39
25 Yanvar

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

21:35
25 Yanvar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

20:53
25 Yanvar

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

20:33
25 Yanvar

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

20:28
25 Yanvar

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

20:24
25 Yanvar

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

19:38
25 Yanvar

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

18:57
25 Yanvar

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

18:31
25 Yanvar

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

18:09
25 Yanvar

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

17:51
25 Yanvar

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb  

17:34
25 Yanvar

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı təşkil olunub

17:09
25 Yanvar

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

16:49
25 Yanvar

Gözə kül üfürməyə ehtiyac yoxdur

16:42
25 Yanvar

Münxendə 23 polis avtomobili yandırılıb  

16:20
25 Yanvar

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

15:45
25 Yanvar

Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad edib

15:32
25 Yanvar

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

15:11
25 Yanvar

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

15:06
25 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!