15 Yanvar 2026 09:00
296
İQTİSADİYYAT
A- A+
Bərəkətli Cəlilabad torpağı kəndlinin təknəsini boş qoymur

Bərəkətli Cəlilabad torpağı kəndlinin təknəsini boş qoymur


İllər bir-bir arxada qalır. İnsan əlləri, insan əməlləri ilə böyüklüyü və kiçikliyindən asılı olmayaraq nə varsa hamısı dəyişir. Doğma Azərbaycanımızın bütün sakinləri kimi, cəlilabadlılar da 2025-ci illə vidalaşdılar, ötən ili nailiyyətlərlə yola salıb 2026-cı ili üzüağ, alnıaçıq qarşıladılar. 

Çox dərinə getməyək, sadəcə, statistik rəqəmlərə nəzər salaq: keçən il rayon üzrə ümumi məhsul buraxılışının dəyəri 756,3 milyon manata yaxın olub. Bunun 85,7 milyon manatı sənayenin, 412,3 milyon manatı kənd təsərrüfatının, 19,7 milyon manatı tikintinin, 11,9 milyon manatı nəqliyyatın, 4,1 milyon manatı informasiya və rabitənin, 222,4 milyon manatı ticarət və iaşə xidmətinin payına düşüb. 

Məlum olduğu kimi, Cəlilabad iri kənd təsərrüfatı rayonudur. Keçən il burada 188 min 324 ton buğda, 42 min 335 ton arpa, 11 min 650 ton vələmir, 7 min 901 ton noxud, 660 ton mərci, 69 ton lərgə, 93 min 44 ton kartof, 1224 ton tərəvəz, 263 ton qarğıdalı, 640 ton günəbaxan, 18 min 390 ton çiyələk, 18 min 870 ton üzüm istehsal edilib və beləliklə, ölkəmizdəki məhsul bolluğuna cəlilabadlılar da öz layiqli töhfələrini veriblər. Fermerlər, sahibkarlar tərəfindən yetişdirilən ərzaq məhsullarının müəyyən hissəsi daxili bazarlarda satılıb, qalanı isə əsasən Rusiya Federasiyasına və Ukraynaya ixrac olunub. Fermerlər daha yaxşı qazanc əldə etmək üçün kartof və çiyələyin müəyyən hissəsini sellofan altında yetişdiriblər. Örtülü şəraitdə becərilən bu məhsullar açıq havada becərilənə nisbətən daha tez yetişir. Nübar məhsul isə baha satıldığından gəliri yüksək olur. 

İl ərzində eyni əkin sahəsindən iki dəfə məhsul götürmək rayon fermerləri arasında artıq adət halını almışdır. Onlar taxılı biçdikdən və ya bəzi bitkilərin məhsulunu yığıb başa çatdırdıqdan sonra yerinə digər bitkilər əkib-becərirlər. Təkrar əkin aparmaqla keçən il rayonda 1275 ton qarğıdalı, 903 ton günəbaxan, 20 min 400 ton payızlıq kartof tədarük edilib. 

Bəzən elə təsəvvür yaranır ki, kəndli-fermer üçün qış ayları istirahər dövrüdür. Düzdür, yaz, yay, payız dövrü ilə müqayisədə kənddə iş nisbətən az olur. Lakin fərqinə varanda görürsən ki, kəndlinin bu fəsildə də boş vaxtı yoxdur. İstehsalat prosesi kəndli üçün bir növ "konveyer" xarakteri daşıyır. Məsələn, payızın məhsulunu yığıb qurtarmamış gərək gələn il üçün taxıl əkini aparılsın. Bitkinin birinin yığımı digərinin becərmə dövrünə düşür. 

Cəlilabadlı fermerlər 2026-cı ilin məhsulu üçün 50 min 372 hektara buğda, 16 min 90 hektara arpa, 4 min 962 hektara vələmir toxumları səpiblər. Onlar hər bir işi optimal müddətdə, aqrotexniki qaydalara əməl etməklə həyata keçirməyə çalışırlar. Çalışırlar ki, əkdikləri toxum, ya şitil yüksək məhsul versin. Bu məqsədlə bir çox fermer kartof toxumundan, eləcə də çiyələk şitilindən ötrü Rusiyaya, Türkiyəyə,  hətta İtaliyaya və digər ölkələrə gedir. 

Heyvandarlıq rayonun kənd təsərrüfatı sektorunda mühüm yer tutur. Yeri gəlmişkən, qeyd edək ki, keçən il heyvandarlar üçün asan olmadı. Ölkə ərazisində yayılan dabaq xəstəliyi onların da qayğılarını xeyli artırdı. Yaxşı ki, heyvandarlıqla məşğul olan fermerlər, baytar həkimləri səylərini birləşdirərək xəstəliyin törədə biləcəyi fəsadları aradan qaldıra bildilər. İri və xırdabaşlı mal-qara arasında cəmi 2 ölüm faktı qeydə alındı. Heyvanlarını qışlamadan sağlam və gümrah çıxarması üçün bu gün rayonda kifayət qədər qaba və qüvvəli yem tədarük edilib. Mal-qaranın sayına gəldikdə, hazırda qaramalın sayı 93,5 min, davarınkı 113,4 min, quşlarınkı 577,2 min başa çatıb. Bu sahəyə aid digər fakt: keçən il rayon üzrə 14 min 639 ton ət, 72 min 449 ton süd, 28 milyon ədəddən çox yumurta və 230 ton yun istehsal edilib. Heyvanların cins tərkibini yaxşılaşdırmaq işi də diqqət mərkəzində saxlanılıb. 5 min 173 baş inəkdən süni mayalanma yolu ilə 2 min 335 baş bala alınıb. 

Aqrar sektorla bağlı onu da qeyd edək ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən verilən subsidiyaların ləngidilməsi və bu sahədəki başqa çatışmazlıqlar, demək olar, aradan qaldırılıb. 

Rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri keçən il ərzində  də davam edib. İnşa edilən binalar, çəkilən yollar, salınan yaşıllıqlar Cəlilabad və Göytəpə şəhərlərinin, qəsəbə və kəndlərin simasını xeyli dəyişib. Kənd adamlarının əkin-biçindən götürdükləri gəlirlərin nəticəsi olaraq rayonda hara getsən, müasir tipli fərdi evlərin tikildiyini görürsən. Keçən il park və xiyabanlarda əsaslı təmir işləri aparılıb. Ən əsası Cəlilabad və Göytəpə şəhərlərində binaların kanalizasiya xəttində yaranmış nöqsanlar aradan qaldırılıb. Təmir-bərpa, yeni su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı vətəndaşların müraciətlərinə vaxtında baxılıb, göstərilən ünvanlarda texniki şərt əsasında su və kanalizasiya xətləri çəkilib. 

Təhsilə gəldikdə, ötən il Göytəpə şəhərində 650 şagirdlik 2 saylı tam orta məktəbin binasının tikintisi başa çatdırılaraq şagird və müəllimlərin istifadəsinə verilib. Rayon Təhsil Sektorunun binasında, bir çox şəhər və kənd məktəblərində, eləcə də Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binasında isə əsaslı və cari təmir işləri aparılıb. 

Təəssüf ki,  rayonun səhiyyə sistemində vəziyyət fərqlidir. Tibb müəssisələrinin azlığı və mövcud tibb məntəqələrinin bərbad vəziyyətdə olması səbəbindən əhalinin səhiyyəyə əlçatanlığı sahəsində ciddi problemlər yaşanır. 11 kənddə həkim məntəqəsinin əsaslı təmirinə və 58 kənddə isə tibb məntəqələri üçün binaların tikilməsinə ehtiyac var. 

Ehtiyac olan təkcə bu sahə də deyil. 116 yaşayış məntəqəsində subartezian quyularının qazılmasına, Privolnoye və Uzuntəpə kəndlərində əhalinin mərkəzləşdirilmiş qaydada su təminatı sisteminə qoşulması işlərinin başa çatdırılmasına, eyni zamanda fermerlərin suvarma suyuna olan tələbatlarının ödənilməsi üçün əkin sahələrində subartezian quyularının qazılmasına və torpaq kanallarının beton üzlüklə üzlənməsinə zəruri ehtiyac yaranıb. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

15:12
16 Fevral

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:10
16 Fevral

Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib 

15:03
16 Fevral

Yerlan Nısanbayev: Xəzərin dayazlaşması Xəzəryanı ölkələr üçün əsas problemdir  

15:01
16 Fevral

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib  

15:00
16 Fevral

Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb  

14:49
16 Fevral

İordaniya mediasında Azərbaycanın şəhərsalma təcrübəsi barədə məqalələr dərc olunub

14:36
16 Fevral

Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

14:19
16 Fevral

Daha 149 keçmiş məcburi köçkün Xocalı şəhərinə qayıdıb – YENİLƏNİB 

14:01
16 Fevral

Nazir: Kənd təsərrüfatında innovasiyaların və süni intellektin tətbiqi prioritet istiqamətlərdəndir  

13:44
16 Fevral

Hafiz Paşayev: Aqrar sahə artıq innovasiya və texnologiyalarla inkişaf edən perspektivli istiqamətdir  

13:43
16 Fevral

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

13:43
16 Fevral

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər

13:41
16 Fevral

Sabah bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək, gecə və səhər duman olacaq  

13:09
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!