03 Dekabr 2024 00:40
931
Fərmanlar
A- A+
"Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 

1. Müəyyən edilsin ki:

1.1. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 52-2-ci maddəsinin 3-1-ci hissəsində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur;   

1.2. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci, 6.2-ci maddələrində, 8.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında və 8.4-cü maddəsində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.   

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, "Bələdiyyələrlə iş" informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə "Bələdiyyələrlə iş" informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görsün;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə "Bələdiyyələrlə iş" informasiya sisteminin "Hökumət buludu"nda yerləşdirilməsini təmin etsin;

4.2. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, "Bələdiyyələrlə iş" informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

5. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I); 2024, № 4, maddə 383) 3.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

"3.7. həmin Qanunun 48-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 52-2-ci maddəsinin 3-1-ci hissəsində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.".

6. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 922 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 473 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 6.1-ci, 6.2-ci maddələrində, 8.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında və 8.4-cü maddəsində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.".

7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1266 (Cild I) ilə təsdiq edilmiş "Bələdiyyələrin Nümunəvi Reqlamenti"ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2-ci hissə üzrə:

7.1.1. 2.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə  edilsin:

"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.";

7.1.2. 2.5-ci bəndin birinci və üçüncü cümlələrində "onun müavini" sözləri "sədr vəzifəsini icra edən şəxs" sözləri ilə əvəz edilsin;

7.1.3. 2.12-ci bəndin ikinci cümləsi üçüncü cümlə hesab olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 (üç) iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.";

7.2.  4-cü hissə üzrə:

7.2.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"4.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 (beş) iş günü müddətində yeni seçilən bələdiyyənin ilk iclası keçirilir. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edir. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edir, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparır. Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq edilir.";

7.2.2. 4.2-ci bənddə "bələdiyyənin tabeliyindəki müəssisə, idarə və təşkilatların" sözləri "bələdiyyəyə məxsus hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 dekabr  2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə və Rusiyanın XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər

20:48
23 Yanvar

AQTA sədri sahibkarların müraciətlərini dinləyib

20:46
23 Yanvar

Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb

20:45
23 Yanvar

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

20:44
23 Yanvar

Parlamentin Elm və təhsil komitəsinin cari ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

20:43
23 Yanvar

Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

20:41
23 Yanvar

İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb

20:04
23 Yanvar

Hərbi geyim formasının qanunla nəzərdə tutulmamış hallarda daşınmasına görə cərimələr artırılır

20:00
23 Yanvar

Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub

18:01
23 Yanvar

Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam  

18:00
23 Yanvar

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb  

17:59
23 Yanvar

Qanunvericiliyə hərbi geyim formasını daşımaq hüququ ilə bağlı dəyişiklik edilir

17:58
23 Yanvar

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək  

17:57
23 Yanvar

Mixail Qusmanın “Hakimiyyət formulu” müsahibələr toplusunun beşinci cildi çapdan çıxıb

17:54
23 Yanvar

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

17:53
23 Yanvar

Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib  

17:52
23 Yanvar

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil  

17:52
23 Yanvar

Gürcüstan hökuməti növbəti iki il üçün iqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim edib  

17:50
23 Yanvar

Çadlı tələbə: Azərbaycanın təhsil sistemində müstəqil tədqiqatlara daha çox önəm verilir 

17:49
23 Yanvar

Yeniyetmə taekvondoçularımızın təlim-məşq toplanışı başlayıb

17:47
23 Yanvar

Azərbaycanın və Pakistanın Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat imzalanıb  

17:33
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!