Bakıda «Səriştəlilik, müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik - müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları» mövzusunda beynəlxalq konfrans keçirilmişdir
Dekabrın 14-də Ali Məhkəmədə "Səriştəlilik, müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik - müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin, QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları Konstitusiya və Ali məhkəmələrin hakimləri iştirak etmişlər. Ümumilikdə tədbirdə xarici və yerli iştirakçılar da daxil olmaqla 100-ə yaxın hüquqşünas iştirak etmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ali Məhkəmənin inzibati binası, burada hakimlər üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar.
Tədbir Məhkəmə-Hüquq Şurasının, Ali Məhkəmənin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) birgə təşkilatçılığı ilə keçirilmişdir.
Konfransın məqsədi Azərbaycanda aparılmış mütərəqqi məhkəmə-hüquq islahatlarının əhəmiyyətini müzakirə etmək, BMT tərəfindən qəbul olunmuş "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"ni hüquq ictimaiyyətinə tanıtmaq, ölkəmizdə hakimlərin davranış qaydalarını tənzimləyən cari Kodeksin adıçəkilən Prinsiplərin prizmasından təkmilləşdirilməsi perspektivlərini müəyyənləşdirmək və bu sahədə milli və beynəlxalq təcrübəni bölüşməkdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, bugünkü konfrans mühüm və hazırkı dövr üçün aktual olan bir mövzuya həsr olunmuşdur. Ümidvaram ki, Bakıda təşkil olunmuş bu konfrans işgüzar şəraitdə keçəcəkdir.
R.Rzayev konfransın hüquq ictimaiyyəti üçün əhəmiyyəti barədə danışmış, hakimlərin öz fəaliyyətlərində Banqalor Prinsiplərindən yararlanacaqlarını qeyd etmişdir.
Azərbaycanda bu istiqamətdə aparılan islahatlar haqqında danışan sədr bildirmişdir ki, hakimlərin əxlaq kodeksini nəzərdən keçirsəniz görərsiniz ki, Banqalor Prinsiplərinin bir çox müddəaları burada əksini tapmışdır. Əlbəttə ki, Banqalor Prinsipləri daha geniş olmaqla hakimlərin davranışının demək olar ki, bütün sahələrini əhatə edir. Azərbaycanda hər bir məhkəmə hakimləri tərəfindən onun öyrənilməsi və tətbiqi təmin edilir. Hakimliyə namizədlər üçün keçirilən seminarlarda da bu barədə mühazirələr oxunulur, hakimliyə namizədlər tərəfindən də bu prinsiplərin mənimsənilməsinə diqqət yetirilir.
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırım və Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle tədbirin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar uğurla aparılır. Son illər Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılmış islahatlar nəticəsində yeni və beynəlxalq tələblərə cavab verən məhkəmə sistemi yaradılmışdır. Azərbaycan bu sahədə böyük nailiyyətlər əldə etmişdir.
BMT-nin Ədalətli Məhkəmə Hakimiyyəti üzrə Hakimlər Qrupunun əlaqələndiricisi Nihal Cayavikrama konfrans iştirakçılarına Banqalor Prinsiplərinin hazırlanması tarixi, bu sənədin hansı zərurətdən ortaya çıxması barədə məlumat vermişdir. Natiq Azərbaycan dövlətinin və hüquq ictimaiyyətinin Prinsiplərə belə həssaslıqla yanaşmasını təqdirəlayiq hal hesab etmişdir.
Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti Georq Stavanın "Məhkəmə sistemlərinin ədalətliliyinin təyin edilməsi üzrə Avropa Şurasının alətləri" mövzusunda çıxışı da maraqla qarşılanmışdır.
Konfransda Məhkəmə-Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Azər Cəfərovun "Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və ümumi qəbul olunmuş dəyərlər", Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin "AR Konstitusiya prizmasından müstəqil və qərəzsiz hakim idealı", Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri Anar Bağırovun "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"nə vəkil baxışı", Türkiyə Ali Məhkəməsinin hakimi Sami Sezai Uralın "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"- Türkiyə təcrübəsi", Tbilisi Apelyasiya Məhkəməsinin hakimi Tamar Zambaxidzenin "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri" - Gürcüstan təcrübəsi" və digər natiqlərin müxtəlif mövzularda çıxışları ətrafında müzakirələr aparılmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!