Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
Bağanıs Ayrım Qazaxın işğal olunan ilk kəndidir. Ermənilər kəndi 1990-cı il martın 24-də işğal edib. Dörd gün bundan əvvəl daha bir xoş xəbər yayıldı. Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşmaya görə, işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarılacaq...
AZƏRTAC xəbər verir ki, Bağanıs Ayrım kəndinin sakinləri vaxtilə əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olub. Yüz yaşlı Şəmil Adıgözəlov deyir ki, hazırda 90-dan çox arı ailəsi saxlayır və onları tezliklə ata-baba yurduna - Bağanıs Ayrıma aparacaq.
Şəmil dayı Bağanıs Ayrım kəndinin ən yaşlı sakinidir. O, aprelin 19-da əldə olunan razılaşmanın sevincini hər kəslə bölüşür. Əhd edib ki, kəndə dönəcəyi gün qurban kəsib paylayacaq.
Deyir ki, Bağanıs Ayrımdan çıxandan bəri su içmir. Yalnız çay içməklə kifayətlənir. Kəndə qayıdanda isə “şırşır” axan bulaqlarından doyunca su içəcək.
“Kəndimizin azad olunacağını eşidib çox sevindim. Kəndə getmək istəyirəm. Bağanıs Ayımda yaxşı günlər görmüşəm, gözəl yaşayışım olub. Dağ yeridir, elə bil cənnətdir. Prezidentimiz də sağ olsun ki, torpaqlarımızı geri qaytarır. Kəndə gedən kimi qurban kəsəcəyəm. Ora qayıdandan sonra, hələ 100 ildə yaşayacağam, ömrüm çox olacaq”, - deyə o bildirir.
Kəndlərinin geri qaytarılması xəbərini eşidən gündən Bağanıs Ayrım sakinləri sevinclərindən yerə-göyə sığmırlar. 34 illik işğala nəhayət son qoyulur, özü də bir güllə atılmadan. Bağanıs Ayrım Qazaxın ilk təcavüzə məruz qalan, işğal edilərək talan olunmuş, sakinləri qətlə yetirilmiş kəndidir. Ermənilər işğal zamanı Ramiz Adıgözəlovun həyat yoldaşını və 39 günlük körpəsini aman vermədən qətlə yetiriblər... “Aprelin 19-da hər yerdən mənə zəng gəldi ki, “Ramiz kişi, gözün aydın olsun, torpaqlarımız qayıtdı”. Sevincimdən bilmirdim nə edim. Nəhayət, kəndimə gedib, 34 ildir həsrət qaldığım balamın, həyat yoldaşımın qəbrini görəcəyəm”, - deyə Ramiz Adıgözəlov hisslərini dilə gətirir.
Bağanıs Ayrım kəndindən olan digər sakin Zərbəli Xasayev də erməni vəhşiliklərinin şahididir. Deyir ki, ermənilər həmişə Azərbaycan kəndləri sayəsində dolanıb, çörək pulu qazanıblar, amma sonradan naxələf çıxıblar.
“Kəndimizə qayıdan kimi ilk olaraq qəbiristanlığa gedəcəyəm. Ata-anamın, bacımın qəbri oradadır. Oradan ötrü çox darıxmışam. Burada hər cür şəraitimiz olsa da, kəndimiz bizim doğma yerimizdir, çox əzizdir, şirindir. Prezidentimizə təşəkkür edirəm ki, kəndimizi bir güllə belə atılmadan, döyüşsüz, itkisiz bizə qaytardı. 34 illik həsrətimizə son qoyuldu”, - deyə Zərbəli kişi bildirir.
Bəli, artıq sayılı günlər qalıb, 34 illik həsrətə son qoyulur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qan tökülmədən 4 kənd geri qaytarılır. Bununla da illərdir üzləri gülməyən, torpaq nisgilli çəkən sakinlərin bu həsrəti də başa çatır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
04 May
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatla...
04 May
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasın...
04 May
Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
04 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təs...
04 May
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abi...
04 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə t...
04 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
04 May
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
04 May
Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!