01 İyul 2020 01:46
2473
ELANLAR
A- A+
“Azərişıq mobil tətbiqi” ilə balansını evdən çıxmadan artır

“Azərişıq mobil tətbiqi” ilə balansını evdən çıxmadan artır


"Azərişıq” ASC-nin smart-kart sayğacı olan abunəçiləri evdən çıxmadan kart balansını artıra biləcək. Artıq bu gün əminliklə deyə bilərik ki, bu istiqamətdə işlər yekunlaşıb, bütün texniki məsələlər həll edilib.

Ölkənin kommunal sektorunda ilk dəfə "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti belə bir innovativ və günün tələblərinə uyğun yeniliyə imza atmışdır. "Azərişıq mobil əlavəsi” istifadəçiləri smart-kart balanslarını evdən çıxmadan smartfonları vasitəsilə artıra biləcəklər. Mobil uyğulamanı Play marketlərdən rahatlıqla əldə edə bilərsiniz.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də COVID-19 virusunun yayılmasının qarşısının alınması tədbirləri həyata keçirildiyi bir dövrdə abonentlərimizin evdən çıxmadan bir sıra əməliyyatları "Azərişıq” ASC-nin rəsmi saytı və ya xüsusi mobil əlavələr vasitəsilə həyata keçirməsi təmin edilmişdir.

Bu tipli layihələr texnoloji imkanlardan daha çox sosial xarakter daşıdığından hazırki karantin dövründə əhalinin ümumi təyinatlı terminallar, nağd ödəniş vasitələri və s. daha az təmasda olması vacib şərtlərdəndir. Məhz bu səbəbdən hər iki tərəf mütəxəssisləri qısa müddət ərzində mobil telefonla smart-kart balansının artırılmasının fərdiləşdirilmiş imkanını işləyib hazırladı.

Layihənin prioritet şərtlərindən biri də cihazın və mobil tətbiqin abonentlər tərəfindən istifadə sadəliyi idi ki, buna da nail olundu.

İlkin mərhələdə istifadəçi smartfona qoşulan kart oxuyucunu əldə etməlidir ki, smart-kartının balansını evdən çıxmadan artıra bilsin. İstifadəsi cox rahat olmaqla yanaşı, heç bir əlavə proqram açmadan kart oxuyucu smartfona qoşulur, "Azərişıq mobil tətbiqi” açılır və smart-kart oxuyucuya daxil edilərək menyudaki "OXU” düyməsi sıxılaraq kart məlumatları oxunur. Daha sonra altdakı səkmədən məbləğ daxil edilir və "ÖDƏ” düyməsi sıxılır, açılan pəncərədə ödəniş kartı məlumatları daxil edilir və "OK” düyməsi sıxılır.

Bir neçə saniyə ərzində ödənilən məbləğ smart-karta yazılır. Beləliklə də smart-kartınızı sayğaca daxil etməklə balansınızı artırmış olursunuz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün BƏƏ 9 ballistik raketin və 50 PUA-nın hücumuna məruz qalıb

15:58
05 Aprel

Nazir Kəmaləddin Heydərov Badamdar yamacında sürüşmə sahəsində yaranmış vəziyyətlə əlaqədar ərazidə olub

14:57
05 Aprel

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:51
05 Aprel

İDMAN Azərbaycan gimnastı qızıl medal qazanıb

14:19
05 Aprel

Gəncədə cüdo üzrə Avropa Kuboku turniri yüksək səviyyədə təşkil olunub

13:31
05 Aprel

Volodimir Zelenski: Bu gün Ukraynanın prioritet olmadığını etiraf etməliyik

13:07
05 Aprel

Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Zori Balayan ölüb

11:45
05 Aprel

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib

11:29
05 Aprel

Media: ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü də xilas edib

09:09
05 Aprel

İranda neft-kimya kompleksinə hava hücumu nəticəsində 5 nəfər ölüb  

09:03
05 Aprel

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

06:41
05 Aprel

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

23:47
04 Aprel

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

21:43
04 Aprel

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

20:45
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!