10 May 2024 10:50
154
CƏMİYYƏT
A- A+

"Azərenerji" Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi və "2024 - Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Azərenerji" tərəfindən silsilə tədbirlər keçirilir. 
Ölkənin bir çox ərazisində yerləşən enerji obyektlərində həyata keçirilən ağacəkmə aksiyasının davamı olaraq "Qobu" Enerji Qovşağının ərazisində də ağacəkmə aksiyası keçirilib.  Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır. 
Ağacəkmə aksiyasının ardınca Ulu Öndərin anadan olmasının 101 illiyi ilə bağlı "Qobu" Enerji Qovşağının akt zalında tədbir keçirilib.  Tədbirdə Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra ölkə enerji sistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarması və Azərbaycanda enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsinin qoyulması, həmçinin 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra elektroenergetika sahəsində gördüyü misilsiz işlərlə bağlı çıxışlar edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video