01 Aprel 2026 14:43
297
İQTİSADİYYAT
A- A+
Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir

Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir


"AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) fəaliyyətinin 30 illiyini qeyd edir. Bu müddət ərzində AZANS ölkənin hava məkanının idarə olunmasında ardıcıl inkişaf yolu keçərək müasir, təhlükəsiz və səmərəli aeronaviqasiya sistemini formalaşdırıb.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas hava nəqliyyatı dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin qlobal hava nəqliyyatı sistemində strateji rolunu müəyyən edən əsas amillərdəndir. Son dövrlərdə regionda baş verən dəyişikliklər fonunda bu mövqe daha da möhkəmlənib və Azərbaycan hava məkanı beynəlxalq aviasiya üçün etibarlı tranzit marşrut kimi ön plana çıxıb.

Bu tendensiya son illərin statistik göstəricilərində də aydın şəkildə əks olunur. Belə ki, 2021-ci ildə 80 880 olan uçuş sayı 2025-ci ildə 342 167-yə çataraq ölkənin qlobal hava nəqliyyatı sistemində rolunun nəzərəçarpacaq dərəcədə genişləndiyini nümayiş etdirir.

Xüsusilə tranzit daşımalar üzrə müşahidə olunan dinamika diqqət çəkir. 2021-ci ildən etibarən Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşların həcmi 360% artıb. Bu proses fonunda Bakı Uçuş Məlumat Bölgəsi (Baku FIR) üzrə gündəlik tranzit uçuşların sayı bəzi günlərdə 830-ə qədər yüksələrək əməliyyat intensivliyinin artdığını aydın şəkildə göstərir.

Eyni zamanda, hava məkanından istifadə intensivliyi də əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə 0,49 olan uçuş sıxlığı göstəricisi 2025-ci ildə 2,07-yə yüksələrək mövcud resurslardan daha səmərəli istifadə olunduğunu nümayiş etdirir.

Bu dinamika beynəlxalq aviaşirkətlərin Azərbaycan hava məkanına marağında da öz əksini tapır. Hazırda AZANS gündəlik Azərbaycan hava məkanından istifadə edən təxminən 300 beynəlxalq aviaşirkətin etimadını qazanıb.

Eyni zamanda, AZANS-ın azad edilmiş ərazilər üzərində hava məkanının açılmasında rolu xüsusi qeyd olunmalıdır. Qısa müddət ərzində regionda aeronaviqasiya infrastrukturu bərpa edilib, yeni marşrut şəbəkəsi formalaşdırılaraq beynəlxalq aeronaviqasiya sistemlərinə inteqrasiya olunub və bununla da hava nəqliyyatı əlaqələrinin operativ şəkildə bərpası təmin edilib.

Artan əməliyyat yükünə baxmayaraq, AZANS müasir avtomatlaşdırılmış Hava Hərəkətinin İdarə Edilməsi (ATM) texnologiyaları, qabaqcıl rəqəmsal həllər və optimallaşdırılmış hava məkanı strukturu vasitəsilə uçuşların təhlükəsiz və fasiləsiz idarə olunmasını təmin edir. Bu sistemlərin effektiv fəaliyyəti isə yüksək ixtisaslı kadr potensialı və davamlı peşəkar hazırlıqla dəstəklənir. AZANS mütəmadi olaraq əməkdaşların bilik və bacarıqlarının artırılmasına, beynəlxalq standartlara uyğun təlimlərin keçirilməsinə və insan kapitalının inkişafına xüsusi önəm verir.

Bununla yanaşı, AZANS əməliyyat effektivliyi və xidmət keyfiyyəti üzrə yüksək göstəricilər nümayiş etdirir. Aeronaviqasiya məlumatlarının dəqiqliyi 100 faiz, vaxtında təqdim olunması 99,6 faiz, sistemlərin etibarlılığı isə 100 faiz səviyyəsindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

Antonio Quterreş Yaxın Şərqdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib  

10:34
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!