23 May 2023 17:05
2368
Mədəniyyət
A- A+
Azərbaycanın ən böyük kitabxanası

Azərbaycanın ən böyük kitabxanası

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası respublikamızda ən böyük kitabxanadır. Fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon nüsxədən çoxdur. Azərbaycan Milli Kitabxanası, eyni zamanda Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir.
Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılıb. Rəsmi açılışı 1923-cü il mayın 23-də keçirilib. Fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilib.
Müəyyənləşdirilib ki, 1923-2007-ci illər ərzində Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondunda 182-si rayon qəzeti - regional mətbu orqan olmaqla 1000 adda Azərbaycan dilində qəzet, 427 adda rus və digər Sovet ittifaqının tərkibində olan xalqların dilində qəzet, o cümlədən, 696 adda Azərbaycan və 1439 adda rus dilində jurnal, 718 adda 40-a yaxın xarici dildə jurnal və 50 addan çox qəzet, eləcə də  ümumilikdə 53 550 qovluq qəzet və 1 416 000 nüsxə jurnal vardı.
Kitabxana 1923-cü ildən başlayaraq sürətlə inkişaf edib. Əsas diqqət fondun komplektləşdirilməsinə yönəldilib. Kitabxanada oxu zalı 1927-ci ildən fəaliyyət göstərir. 1930-cu illərin əvvəllərindən etibarən kitabxananın fəaliyyəti elmi əsaslarla təşəkkül tapıb. 
Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşib. 13 nəfər işçi ilə fəaliyyətə başlayıb. İlk direktoru M.Səlimov olub. 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət olub. İşçilərinin sayı isə 29-a çatıb.
Dövlət kitabxanasının binası üçün yerinin seçilməsində və tikilməsində yazıçı Süleyman Rəhimovun xidməti böyük olub. Layihəsinin müəllifi tanınmış memar Mikayıl Hüseydovdur. Bina 1959-cu ildə inşa edilib. 1961-ci ildə açılışı olub. Bu gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının binası memarlıq baxımından tarixi abidə kimi dəyərləndirilir.
1939-cu il iyunun 1-də Dövlət Kitabxanasına Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə görkəmli mütəfəkkir, filosof, dramaturq, maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib.
2004-ci ildə Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya "Milli Kitabxana" statusu verilib.
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası 2005-ci ildə Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul olunub. Bu təşkilata keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra üzv olan ikinci dövlət Azərbaycandır. Təşkilat özündə 54 Avropa ölkəsinin kitabxanalarını birləşdirir.
Hazırda Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!