10 Aprel 2026 16:52
170
İQTİSADİYYAT
A- A+
Azərbaycanın dayanıqlı inkişafı üçün yeni yol xəritəsi təsdiqlənib  

Azərbaycanın dayanıqlı inkişafı üçün yeni yol xəritəsi təsdiqlənib  


“2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə dair Birgə İstiqamətləndirici Komitənin İclasında 2026-cı il üzrə Müştərək İş Planının prioritet və fəaliyyətləri təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, “2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə dair Birgə İstiqamətləndirici Komitənin İclası keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycanın 30 ildən artıq müddətdə BMT ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Tərəfdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər imkanların yaradılması və digər istiqamətlərdə ardıcıl addımların atıldığı qeyd edilib. Bu günədək BMT ilə əməkdaşlığa dair 5 Çərçivə Sənədinin hazırlandığı və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədinin icra mərhələsinə daxil olduğu bildirilib. Yeni Çərçivə Sənədi inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi və ekosistemlərin qorunması, iqlimə davamlılıq, yaşıl artımın təşviqi kimi prioritet istiqamətləri əhatə edir. Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir.

Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç yeni Əməkdaşlığa dair Çərçivə Sənədinin daha məqsədyönlü və prioritetləşdirilmiş, Azərbaycanın milli inkişaf strategiyasına və ölkədə dəyişən vəziyyətə uyğunlaşdırıldığını bildirib. Artıq Çərçivə Sənədinin planlaşdırma mərhələsindən icra mərhələsinə keçdiyi, həmçinin Birgə İş Planlarının icra olunduğu qeyd edilib.

Bildirilib ki, Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi böyük qlobal əhəmiyyət daşıyan bir mərhələdir. Birləşmiş Millətlər Təşkilatı tədbirin uğurlu və təsirli həyata keçirilməsini təmin etmək üçün hərtərəfli dəstək göstərməyə hazırdır.

BMT-nin Azərbaycandakı Rezident-Əlaqələndiricisinin Ofisinin rəhbəri xanım Kanako Mobuçi 2021–2025-ci illər Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin nəticələrinə dair təqdimatla çıxış edib. Daha sonra 2026-2030-cu illər üçün yeni Çərçivə Sənədinə dair ümumi baxış təqdim edilib.

Tədbir çərçivəsində inklüziv sosial-iqtisadi artım və insan inkişafı üzrə Birinci Nəticə Qrupunun həmsədrləri təqdimatla çıxış ediblər. İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov BMT ilə mövcud tərəfdaşlıq üzrə prioritetlər, BMT-nin Məskunlaşma Proqramı Ölkə Ofisinin rəhbəri Anna Soave isə 2026-cı il üçün Müştərək İş Planındakı fəaliyyətlər və büdcə yükü ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

İqlimə davamlılıq, yaşıl inkişaf və ədalətli keçid üzrə 2-ci Nəticə Qrupunun həmsədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva yeni Çərçivə Sənədi üzrə iqlim dəyişmələri ilə mübarizə və iqlim məlumatlılığının artırılması istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda müvəqqəti nümayəndəsi Nasar Hayat iqlimə davamlılıq və yaşıl artım istiqamətlərini əhatə edən birgə iş planı, onun icrası üçün tələb olunan maliyyə resursları və donor dəstəyi barədə təqdimatla çıxış edib.

Tədbirdə 2026-cı il üçün prioritetlər üzrə müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb. Müzakirələrin nəticələrinə əsasən müştərək İş Planı çərçivəsində 2026-cı il üzrə fəaliyyətlər və prioritetlərin təsdiq olunduğu elan edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

00:29
11 Aprel

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında

00:26
11 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti öz gəmilərinə müxtəlif rezinlər, paranitlər, qayışlar və kipləşdirici kəndirlərin satın alınması məqsədilə açıq tender elan edir

00:25
11 Aprel

İordaniya mediası: Azərbaycanla bağlı iddialar həqiqəti əks etdirmir

23:28
10 Aprel

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər  

21:24
10 Aprel

Yaxın Şərqdə vəziyyət: İslamabad danışıqları ərəfəsində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər

20:07
10 Aprel

Litva ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında əməkdaşlıq genişləndiriləcək  

20:02
10 Aprel

Ukrayna Müdafiə Qüvvələri Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

20:01
10 Aprel

Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini davam etdirib 

20:00
10 Aprel

Ukraynanın Vinnitsa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib  

19:58
10 Aprel

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib  

19:57
10 Aprel

Parlamentin iclasında 11 məsələ müzakirə olunub - YENİLƏNİB

19:57
10 Aprel

Qlobal bazarlardakı artım Azərbaycan kənd təsərrüfatına təsir göstərəcək

19:56
10 Aprel

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb  

19:54
10 Aprel

Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya - beynəlxalq elmi-praktik konfrans

19:50
10 Aprel

Qaradağda aşkarlanan 42 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb 

19:50
10 Aprel

Azərbaycan və Çin arasında hərbi əməkdaşlıq inkişaf etdirilir  

19:49
10 Aprel

XTQ-nin hərbi hissəsində qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb  

19:48
10 Aprel

DİM İdarə Heyəti sədrinin müavini: TDT-yə üzv ölkələr arasında təcrübə mübadiləsinin aparılması prioritetlər sırasındadır 

19:47
10 Aprel

Aİ-nin yeni sərhəd sistemi qüvvəyə mindi 

19:46
10 Aprel

Türkiyə İrana 48 ton humanitar yardım göndərib

19:44
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!