10 Aprel 2026 19:57
312
SİYASƏT
A- A+
Parlamentin iclasında 11 məsələ müzakirə olunub - YENİLƏNİB

Parlamentin iclasında 11 məsələ müzakirə olunub - YENİLƏNİB


Aprelin 10-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova başçılıq etdiyi parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri barədə məlumat verib.

Parlamentin sədri sonra iclasın gündəliyinə 11 məsələnin daxil edildiyini söyləyib. İlk məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Elşən Musayev bildirib ki, Azərbaycan Hökuməti ilə Belarus Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş 2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanıb. 15 maddədən ibarət sazişə əsasən, tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyırlar. Sənəd sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasının və dəyişdirilməsinin prosedur qaydaları, rüsumların ödənilməsi, zəruri məlumatların ötürülməsi və fikir ayrılıqlarının həlli kimi məsələləri tənzimləyir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli təmsil etdiyi komitənin sənəd barədə müsbət rəyini diqqətə çatdırıb.

Komitə sədri Zahid Orucun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra çıxış edən Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə birinci və ikinci oxunuş zamanı ətraflı məlumat verildiyini bildirib.

Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova layihə barədə komitənin müsbət rəyini açıqlayıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

“Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin dördüncü məsələsi olan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat vermək üçün komitənin üzvü Əminə Ağazadəyə söz verib. Onun çıxışından sonra layihə ətrafında müzakirə aparılıb.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin altıncı məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

O bildirib ki, layihədə bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunub. İstiqamətlərin biri dövlət maliyyəsinə nəzarət və elektronlaşma ilə bağlıdır.

Müzakirədən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin qalan 5 məsələsinin birinci oxunuşda təqdim olunan qanun layihələri olduğunu bildirib.

Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihəyə əsasən, Cinayət Məcəlləsinə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavə olunur. Həmin maddəyə əsasən, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələ barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayaraq, terrorçuluğun insan həyatını, ictimai sabitliyi, iqtisadi inkişafı və beynəlxalq münasibətləri ciddi şəkildə sarsıtdığını qeyd edib.

Sənədin müzakirəsi zamanı deputatlar çıxış edərək öz fikirlərini bölüşüblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Musa Quliyev Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb.

O diqqətə çatdırıb ki, təqdim olunan layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihə barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayıb.

Məsələ ilə bağlı müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Komitə sədri Arzu Nağıyev Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumatı nəzərə çatdırıb.

Qeyd olunub ki, layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, "Təhsil haqqında" Qanununa təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycanın təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da şamil olunur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihə barədə bu komitənin rəyini bildirib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məsələ barədə bu komitənin rəyini açıqlayaraq, layihədə “Təhsil haqqında” Qanuna təklif olunan dəyişiklik barədə danışıb.

Məsələ ətrafında müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

00:29
11 Aprel

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında

00:26
11 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti öz gəmilərinə müxtəlif rezinlər, paranitlər, qayışlar və kipləşdirici kəndirlərin satın alınması məqsədilə açıq tender elan edir

00:25
11 Aprel

İordaniya mediası: Azərbaycanla bağlı iddialar həqiqəti əks etdirmir

23:28
10 Aprel

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər  

21:24
10 Aprel

Yaxın Şərqdə vəziyyət: İslamabad danışıqları ərəfəsində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər

20:07
10 Aprel

Litva ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında əməkdaşlıq genişləndiriləcək  

20:02
10 Aprel

Ukrayna Müdafiə Qüvvələri Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

20:01
10 Aprel

Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini davam etdirib 

20:00
10 Aprel

Ukraynanın Vinnitsa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib  

19:58
10 Aprel

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib  

19:57
10 Aprel

Parlamentin iclasında 11 məsələ müzakirə olunub - YENİLƏNİB

19:57
10 Aprel

Qlobal bazarlardakı artım Azərbaycan kənd təsərrüfatına təsir göstərəcək

19:56
10 Aprel

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb  

19:54
10 Aprel

Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya - beynəlxalq elmi-praktik konfrans

19:50
10 Aprel

Qaradağda aşkarlanan 42 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb 

19:50
10 Aprel

Azərbaycan və Çin arasında hərbi əməkdaşlıq inkişaf etdirilir  

19:49
10 Aprel

XTQ-nin hərbi hissəsində qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb  

19:48
10 Aprel

DİM İdarə Heyəti sədrinin müavini: TDT-yə üzv ölkələr arasında təcrübə mübadiləsinin aparılması prioritetlər sırasındadır 

19:47
10 Aprel

Aİ-nin yeni sərhəd sistemi qüvvəyə mindi 

19:46
10 Aprel

Türkiyə İrana 48 ton humanitar yardım göndərib

19:44
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!