02 May 2024 21:57
330
CƏMİYYƏT
A- A+

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçla görüş keçirib. Görüşdə Ombudsman Aparatında istehsalat təcrübəsi keçən tələbələrin növbəti qrupu da iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüş zamanı Müvəkkil Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində sıx əlaqələrin mövcud olduğunu bildirib, iki qardaş ölkənin ombudsman təsisatlarının əməkdaşlıq əlaqələri çərçivəsində görülən işlərdən bəhs edib. O, Ombudsman Aparatında tələbələrin təcrübə keçməsinin ənənəvi hal olduğunu qeyd edib, onların təhsil dövründə hüquq sahəsində əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində istehsalat təcrübəsinin mühüm rol oynadığını diqqətə çatdırıb. Müvəkkil gənclərə onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət edən bu təcrübədən faydalanmalarını tövsiyə edib.

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ölkəmizə səfəri müddətində Azərbaycan Ombudsmanı ilə görüşün keçirilməsindən məmnunluğunu ifadə edib. O, eyni zamanda, tələbələrin Ombudsman təsisatında istehsalat təcrübəsi keçməsinin onların gələcək fəaliyyətlərindəki rolundan danışıb, gənclərə uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin və Bakı Avrasiya Universitetinin hüquqşünaslıq və sosial iş ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələri müvafiq struktur bölmələrdə praktiki iş prosesinə cəlb olunacaq, Ombudsmanın insan hüquqlarının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və digər sahələrdəki fəaliyyəti ilə bağlı ətraflı məlumat veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video