08 Noyabr 2026 10:53
739
SİYASƏT
A- A+
Azərbaycan tarixinin qürur salnaməsi

Azərbaycan tarixinin qürur salnaməsi


8 Noyabr – Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığını bütün dünyaya nümayiş etdirən tarixi hadisənin rəmzidir. Azərbaycan xalqının müasir tarixində ən ağrılı və faciəli hadisələrdən biri Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz və torpaqlarımızın işğalı olub. XX əsrin sonlarında baş verən bu hadisələr nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınıb, şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə ciddi ziyan vurulub.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında uzun illər ərzində Azərbaycan dövləti münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə çalışıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalına son qoyulması və işğalçı qüvvələrin çıxarılması ilə bağlı tələblər öz əksini tapıb. Lakin beynəlxalq təşkilatların qərar və qətnamələrinin uzun müddət icra edilməməsi, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi münaqişənin həllini uzadıb, regionda sülh və təhlükəsizliyə ciddi maneələr yaradıb. “Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin təmin edilməsi və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının reallaşdırılması idi. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordu quruculuğu və beynəlxalq diplomatik fəaliyyət gələcək tarixi Zəfərin əsasını təşkil etdi. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, tarixə 44 günlük Vətən müharibəsi başlandı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün cəbhə boyu uğurlu hərbi əməliyyatlar həyata keçirərək, işğal altında olan torpaqlarımızın azad etməyə başladı. Müharibənin ilk günlərindən etibarən Azərbaycan əsgər və zabitləri misilsiz qəhrəmanlıq, yüksək döyüş hazırlığı, peşəkarlıq və Vətənə sədaqət nümayiş etdirdilər. Uzun illər ərzində qurulmuş müdafiə istehkamlarının yarılması, strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusunun gücünü və üstün döyüş qabiliyyətini ortaya qoydu. Vətən müharibəsi günlərində Azərbaycan xalqı vahid amal ətrafında birləşərək dövlətinə, ordusuna və Ali Baş Komandanına dəstəyini nümayiş etdirdi”, – deyə o əlatə edib. 

Deputat bildirib ki, müharibə dövründə informasiya müstəvisində aparılan mübarizə də xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə hadisələrin real mahiyyətini çatdırmaq, ölkəmizin haqlı mövqeyini müdafiə etmək və Ermənistanın təbliğat cəhdlərinin qarşısını almaq istiqamətində mühüm fəaliyyət göstərdi. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və hərbi qüdrətinin tarixi təntənəsinə çevrildi. Vətən müharibəsinin ən mühüm və həlledici hadisələrindən biri 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində və milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Qarabağın tacı adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycanın mədəniyyət və incəsənət mərkəzlərindən biri olub, xalqımızın görkəmli şəxsiyyətlərinin yetişməsində mühüm rol oynayıb. Şuşanın işğaldan azad edilməsi böyük hərbi-strateji əhəmiyyətlə yanaşı, müstəsna mənəvi və tarixi əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsi həm də Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi oldu. Bu qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyinin məğlubiyyətini etiraf etməsinə və 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasına gətirib çıxardı. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər Xiyabanından Azərbaycan xalqına müraciət edərək tarixi Zəfər xəbərini elan etdi.

P.Vəliyeva qeyd edib ki, Azərbaycan xalqının qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir: “Bu qərar xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının əbədiləşdirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil. Məhz həmin gün Şuşa şəhəri işğaldan azad edilib, Vətən müharibəsinin taleyini müəyyən edən ən mühüm hərbi-strateji uğurlardan biri əldə olunub. Tarixi qələbənin əldə olunmasında Azərbaycan Ordusunun müstəsna xidmətləri var. Müasir silah və texnologiyalarla təchiz edilmiş, yüksək peşəkarlığa və döyüş hazırlığına malik Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz gücünü və imkanlarını nümayiş etdirdi. Azərbaycan əsgəri döyüş meydanında yalnız hərbi tapşırığı yerinə yetirmirdi. O, ata-baba yurdlarının azadlığı, xalqının gələcəyi, dövlətinin müstəqilliyi və milli ləyaqəti uğrunda mübarizə aparırdı.Vətən müharibəsində iştirak edən hər bir hərbçinin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu Zəfər şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və hər bir Azərbaycan əsgərinin misilsiz şücaəti hesabına qazanılıb”.

Deputat vurğulayıb ki, Azərbaycanın tarixi Zəfəri işğaldan azad edilmiş ərazilərimizdə yeni quruculuq və inkişaf mərhələsinin başlanmasına şərait yaradıb. İşğal dövründə şəhər və kəndlərimiz dağıdılmış, infrastruktur sıradan çıxarılmış, tarixi və dini abidələrimizə ciddi ziyan vurulmuşdu. Bir sıra ərazilərdə minalanma və partlamamış hərbi sursatlar insanların təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Azərbaycan dövləti qələbədən sonra bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirməyə başladı. Yolların, tunellərin, körpülərin, hava limanlarının, elektrik və su təchizatı sistemlərinin, sosial obyektlərin tikintisi Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının bərpasına xidmət edir. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında həyata keçirilən layihələr müasir yaşayış mühitinin formalaşdırılmasını, innovativ texnologiyaların tətbiqini və əhalinin rahat yaşayışının təmin edilməsini hədəfləyir. Doğma torpaqlarından uzun illər ayrı düşmüş insanların mərhələli şəkildə öz yurdlarına qayıtması – Böyük Qayıdış prosesi Zəfərin ən mühüm humanitar nəticələrindən biridir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, sosial və iqtisadi obyektlər istifadəyə verilir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağının dalğalanması dövlətimizin suverenliyinin, milli iradəsinin və tarixi Zəfərinin əyani təcəssümüdür.

P.Vəliyeva bildirib ki, 2020-ci ildə əldə edilmiş tarixi qələbə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin və nüfuzunun daha da möhkəmlənməsinə mühüm təsir göstərib: “Azərbaycan dövləti öz ərazi bütövlüyünün bərpası ilə suveren hüquqlarının təmin edilməsi istiqamətində prinsipial mövqeyini ortaya qoydu. Vətən müharibəsində əldə edilən qələbə regionda yeni siyasi və geosiyasi reallıqlar yaratdı. Eyni zamanda, bölgədə davamlı sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar formalaşdırdı. Azərbaycanın əsas məqsədlərindən biri regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan Zəfər yalnız hərbi qələbə deyil, həm də ölkəmizin gələcək inkişafı, regional əməkdaşlıq və beynəlxalq mövqelərinin gücləndirilməsi üçün yeni tarixi mərhələnin başlanğıcıdır”. 


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!