12 İyul 2025 20:36
689
SİYASƏT
A- A+
Azərbaycan-Suriya münasibətlərində yeni səhifə açılır  

Azərbaycan-Suriya münasibətlərində yeni səhifə açılır  

 Suriya Ərəb Respublikasının  keçid dövrü  Prezidenti Əhməd Əl-Şəaraanının 12 iyulda  ölkəmizə işgüzar səfəri  Azərbaycan-Suriya münasibətlərində yeni səhifənin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər, iki dost ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi ilə yanaşı, enerji, iqtisadiyyat və infrastruktur sahələrində qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlığın inkişafı üçün real imkanlar yaradır. Xüsusilə neft və qaz sahəsində təcrübəsi ilə seçilən Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında rol alması, həm regional sabitliyə, həm də tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək mühüm addım kimi dəyərləndirilməlidir.

 Azərbaycan neft və qaz sahəsində böyük təcrübəyə malik, regional və qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınır. Əgər bu gün Suriyada neft və qaz ehtiyatlarının təhlükəsiz və effektiv şəkildə işlənilməsi məsələsi gündəmdədirsə, burada SOCAR-ın iştirakı məntiqli və etibarlı seçim kimi çıxış edir. Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də post-münaqişə dövründə Suriyanın bərpasına töhfə verəcək sivil təşəbbüsdür.

Azərbaycanın neytral və balanslı xarici siyasəti, xüsusilə Yaxın Şərqdəki mürəkkəb geosiyasi şərtlər fonunda, ölkəmizi sabitlik və əməkdaşlıq platforması kimi önə çıxarır. Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması, heç bir tərəfi narahat etmədən, regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək səmərəli model ola bilər. Azərbaycan bu prosesdə tərəfsiz və qərəzsiz vasitəçi rolunda çıxış edir.

 Bu səfər həmçinin Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində yeni strateji tərəfdaşlıq modellərinin qurulması üçün zəmin yaradır. Əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır – tikinti, infrastruktur, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə də potensial genişdir. Azərbaycan bu istiqamətlərdə öz təcrübəsini bölüşməyə və tərəfdaş ölkələrə dəstək göstərməyə daim hazırdır.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz xarici siyasətində prinsipial mövqe nümayiş etdirərək, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurur. Əhməd Əl-Şəaraanının Bakıya səfəri də bu siyasətin məntiqi nəticəsi olaraq qiymətləndirilməlidir.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!