09 Dekabr 2025 16:07
355
SİYASƏT
A- A+
Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ başlayır  

Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ başlayır  


Avropa ölkələri Azərbaycanla münasibətlərdə strateji tərəfdaşlığı genişləndirmək istiqamətində əməli addımlar atır. Mərkəzi Avropa ölkələrindən biri – Slovakiya da Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Prezident İlham Əliyevin bu ölkəyə ilk rəsmi səfəri zamanı effektiv müzakirələr aparıldı.

Bu barədə qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Onun sözlərinə görə, ölkələrimiz ötən il Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə imzalayıb ki, bu da münasibətləri yeni səviyyəyə qaldırıb: “Prezident İlham Əliyevin də söylədiyi kimi: “Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr əməkdaşlığın perspektivlərini də müəyyən edir”. Rəsmi Bakı və Bratislava arasında əməkdaşlıq regionun sabitliyinə, investisiya qoyulmasının inkişafına yönəlib. Ötən il Slovakiya Prezidenti Azərbaycanın evsahibliyi etdiyi COP29-a qatılıb və bu çərçivədə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri ətrafında müzakirələr aparılıb”.

Nigar Məmmədova qeyd edib ki, Slovakiya dövlət başçısı Peter Pelleqrin də cənab Prezident İlahm Əliyevlə görüşdə ölkəsinin Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab etdiyini bildirib, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycanın zəngin enerji resurslarına malik olduğunu vurğulayıb.

“Azərbaycan–Slovakiya münasibətləri həm də Aİ ilə əməkdaşlıq kontekstində vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın strateji tərəfdaş kimi Aİ üçün əhəmiyyəti ilbəil artır, onda Slovakiya ilə ikitərəfli əməkdaşlıq bu prosesə əlavə töhfə verə bilər. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatıb. Dövlət başçımız bildirib ki, Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan onun enerji resurslarını təmin edə bilər. Prezident İlham Əliyev qeyd edib ki, artıq 14 ölkəyə qaz ixrac edən Azərbaycan yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə edəcək ki, bununla da Slovakiya və onun qonşularına qaz təchizatı daha böyük həcmdə mümkün olacaq”, - deyə o bildirib.

Deputat vurğulayıb ki, Slovakiya həm də müstəqil xarici siyasət aparan dövlətdir. Bu faktor da Bakı ilə Bratislavanın ortaq cəhətlərindəndir: “Təsadüfi deyil ki, bu ölkənin baş naziri Robert Fitso ötən il Azərbaycana səfəri zamanı cənab Prezidenti “suveren xarici siyasətin tərəfdarı, beynəlxalq hüququ müdafiə edən, praqmatik şəxsiyyət” adlandırmışdı. O, bu kontekstdə Aİ-nin bəzi hallarda digərlərinə təlimat verməsinə eyham vuraraq ölkəsinin heç vaxt heç bir dövlətin daxili işlərinə qarışmadığını bəyan etmişdi. Azərbaycan üçün də dövlətlərin daxili işlərinə qarışmamaq ən əsas prinsiplərdən biridir. Rəsmi Bratislava Azərbaycanla Avropa İttifaqı arasında körpü olmağa hazırdır və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək niyyətindədir”.

N.Məmmədovanın sözlərinə görə, tərəflərin marağında olan əsas əməkdaşlıq sahələrindən biri də müdafiə sənayesi sahəsidir. Özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində böyük təcrübəyə malik olan Slovakiya ilə Azərbaycan üçün texnologiya ötürülməsi və birgə istehsalın üzərində işləmək, birlikdə istehsal edilən məhsulları üçüncü ölkələrə satmaq əsas prioritetlərdən biridir. İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edən şirkətlər arasında Slovakiya da var. Slovakiya şirkəti Qarabağda “ağıllı kənd” inşasında öz təcrübəsini bölüşür.

Deputat hesab edir ki, cənab Prezidentin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlıqda yeni, mühüm bir mərhələnin başlanğıcı olacaq.

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

08:20
24 Yanvar

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

08:15
24 Yanvar

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

08:10
24 Yanvar

Sülh və qayıdış 

08:05
24 Yanvar

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

08:00
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!