17 Aprel 2024 13:08
209
SİYASƏT
A- A+

Azərbaycan səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib

 

Azərbaycanın iqamətgahı Vatikan şəhərində olmaqla Müqəddəs Taxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Marselo Rebelo de Sousaya çatdıran səfir, eyni zamanda, ölkəmizin Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini, tezliklə Lissabon şəhərində səfirliyimizin diplomatik ofisinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Marselo Rebelo de Sousa öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tezliklə dövlətimizin başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

Etimadnamənin təqdimetmə mərasimi XVI əsrə aid qədim kral sarayı olan və Portuqaliya Prezidentinin rəsmi iqamətgahı kimi fəaliyyət göstərən tarixi Belem sarayında keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video