15 Noyabr 2025 01:33
3568
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında


№ 333


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə aparılan struktur islahatlarının nəticəsində yaradılan yeni təşkilatların və xidmətlərin fəaliyyətə başlaması, bəzilərinin ləğv edilməsi və ya birləşdirilməsi ilə bağlı onların maliyyə təminatının həyata keçirilməsi, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi üçün vahid büdcə təsnifatının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; № 7, maddələr 706, 714, 716; № 8, maddə 800; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 sentyabr tarixli 257 nömrəli, 16 sentyabr tarixli 263 nömrəli, 17 sentyabr tarixli 270 nömrəli və 22 sentyabr tarixli 279 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:

1.1. “6.3.0. “Sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar” köməkçi bölməsi”ndə və “6.4.0. “Sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər” köməkçi bölməsi”ndə “6.3.0.” və “6.4.0.” rəqəmləri müvafiq olaraq “6.8.0.” və “6.9.0.” rəqəmləri ilə əvəz edilsin;

1.2. “9.3.0. “Meliorasiya” köməkçi bölməsindən sonra “9.4.0. “Balıqçılıq və balıq ovu” köməkçi bölməsi əlavə edilsin;

1.3. “10.6.0. “Balıqçılıq və ovçuluq” köməkçi bölməsinin adı aşağıdakı redaksiyada verilsin:

“10.6.0. Ovçuluq və heyvanların mühafizəsi”;

1.4. “10.6.1. “Balıqartırma və balıq mühafizəsi” və “10.6.2. “Ovçuluq və heyvanların qorunması” paraqrafları ləğv edilsin.

2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

2.1. “1.1.2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” paraqrafına “qurumlar,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti,” sözləri əlavə edilsin;

2.2. “6.0.0. “Sosial müdafiə və sosial təminat” bölməsində “6.3.0.” və “6.4.0.” rəqəmləri müvafiq olaraq “6.8.0.” və “6.9.0.” rəqəmləri ilə əvəz edilsin;

2.3. “9.0.0. “Kənd təsərrüfatı” bölməsi”nə “9.3.0. Meliorasiya”,” sözlərindən sonra “9.4.0. Balıqçılıq və balıq ovu”,” sözləri əlavə edilsin;

2.4. “9.3.0. “Meliorasiya” köməkçi bölməsindən sonra aşağıdakı məzmunda yeni “9.4.0. “Balıqçılıq və balıq ovu” köməkçi bölməsi əlavə edilsin:

“9.4.0. “Balıqçılıq və balıq ovu” köməkçi bölməsinə balıqçılıq su obyektlərində həyata keçirilən fəaliyyət növləri, balıqçılıqla bağlı xidmətlərə rəhbərlik, balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yetişdirilməsi, bərpası və səmərəli istifadəsi, balıq və digər su bioresurslarının ovlanması fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, balıqçılıq sahəsində məlumatların yayılması üzrə xidmətlər, həmin xidmətlərin idarə edilməsi, balıqçılıqla bağlı layihələrin hazırlanması, akvakulturanın davamlı inkişafı, balıqartırma müəssisələrinin yaradılması, saxlanması və bu qəbildən olan digər xərclər daxildir.”;

2.5. “10.0.0. “Ətraf mühitin mühafizəsi” bölməsində “10.6.0. Balıqçılıq və ovçuluq” sözləri “10.6.0. Ovçuluq və heyvanların mühafizəsi” sözləri ilə əvəz edilsin;

2.6. “10.6.0. “Balıqçılıq və ovçuluq” köməkçi bölməsinin adı və mətni aşağıdakı redaksiyada verilsin:

“10.6.0. “Ovçuluq və heyvanların mühafizəsi” köməkçi bölməsinə ovçuluq (balıq və digər su bioresursları istisna olmaqla) sahəsində həyata keçirilən fəaliyyət növləri, ovçuluqla bağlı xidmətlərə rəhbərlik, vəhşi heyvanların mühafizəsi, çoxaldılması və səmərəli istifadəsi, vəhşi heyvanların ovlanmasına və ovçuluq fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, ovçuluq sahəsində məlumatların yayılması üzrə xidmətlər, ərazilərdə heyvanların məskunlaşması və ya seleksiya məqsədi ilə ov aparılması, həmin xidmətlərin idarə edilməsi, ovçuluq məsələləri ilə bağlı ümumi xarakterli məlumatların, layihələrin hazırlanması və bu qəbildən olan digər xərclər daxildir.”;

2.7. “10.6.1. “Balıqartırma və balıq mühafizəsi” və “10.6.2. Ovçuluq və heyvanların qorunması” paraqrafları ləğv edilsin;

2.8. “11.9.1. “Dövlət əmlakının özəlləşdirməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması” paraqrafına “yardımla” sözündən sonra “, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

3.1. “222350. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsindən sonra “222390. “Digər telekommunikasiya və rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsi əlavə edilsin;

3.2. “263300. “Dövlət hesabına ali təhsil müəssisələrində təhsil xərcləri” paraqrafından “ali” sözü çıxarılsın;

3.3. “311000. “Torpaq, tikili və avadanlıqlar” köməkçi bölməsinin adından “Torpaq,” sözü çıxarılsın;

3.4. “311900. “Sair torpaq, tikili və avadanlıqlar” və “312900. “Sair torpaq, tikili və avadanlıqların əsaslı təmiri” paraqraflarından “torpaq,” sözü çıxarılsın.

4. “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

4.1. “211300. “Diplomatik və ticarət nümayəndəliklərində çalışan işçilərin əməkhaqqı, təmsilçilik və birdəfəlik yerləşmə müavinəti” paraqrafına “xərcləri” sözündən sonra “, məzuniyyətə görə kompensasiyanın (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya daxil olmaqla) ödənilməsi ilə bağlı xərclər” sözləri əlavə edilsin;

4.2. “221100. “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafına “təmizlik” sözündən sonra “, təşkilatın təsərrüfat fəaliyyətində istifadə olunan antiseptik, dezinfeksiya” sözləri əlavə edilsin;

4.3. “221300. “Yanacaq və sürtkü materiallarının alınması” paraqrafına “və sürtkü materiallarının” sözləri “ və sürtkü materiallarının və elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrindən elektrik enerjisinin” sözləri əlavə edilsin;

4.4. “221400. “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” paraqrafından “təhsil müəssisələrində” sözləri çıxarılsın;

4.5. “221700. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə malların satınalınması” paraqrafına “sürtkü materiallarının,” sözlərindən sonra “elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrindən elektrik enerjisinin,” sözləri əlavə edilsin;

4.6. “221900. “Digər malların alınması” paraqrafı üzrə “sayğacların alınması və quraşdırılması, yanğınsöndürən balonların alınması,” sözləri çıxarılsın və “idman atları” sözlərindən sonra “, xidməti iş heyvanları və balıqlar” sözləri əlavə edilsin, həmçinin “ bu qəbildən olan digər xərclər,” sözləri “gübrə, pestisidlər və bitki mühafizə vasitələrinin alınması, təmizləyici qurğuların (su filtrasiyası və s.) sərfiyyatı üzrə məhlulların, duzların, qumların və bu qəbildən olan digər malların alınması,” sözləri ilə əvəz edilsin;“

4.7. “222250. “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” maddəsinə “göstərilmiş” sözündən sonra “, o cümlədən mülki-hüquqi müqavilə əsasında qazanxananın istismarı üzrə” sözləri əlavə edilsin;

4.8. 222290. “Digər kommunal xidmətlərin haqqının ödənilməsi” maddəsinə “kommunal xətlərinin çəkilişi,” sözlərindən sonra “kommunal xidmət şəbəkələrinə (su, qaz, elektrik enerjisi və s.) qoşulma (sayğacların quraşdırılması),” sözləri əlavə edilsin;

4.9. “222300. “Telekommunikasiya və poçt rabitəsi xidmətləri haqqının ödənilməsi” paraqrafında “222330. İnternet xidməti haqqının ödənilməsi” sözlərindən sonra “və” bağlayıcısı vergül işarəsi ilə əvəz olunsun, habelə “maddələrinin” sözündən əvvəl “və “222390. “Digər telekommunikasiya və rabitə xidmətləri haqlarının ödənilməsi” sözləri əlavə edilsin;

4.10. “222311. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

“222311. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” yarımmaddəsinə ölkənin daxilindəki telefon, faks, teleqraf xidmət haqlarının, abunə haqlarının, SMS xidmətlərinin dəyərinin ödənilməsi xərcləri və bu qəbildən olan digər xərclər daxildir.”;

4.11. “222350. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsindən sonra aşağıdakı məzmunda 222390-cı maddə əlavə edilsin:

“222390. “Digər telekommunikasiya və rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsinə 222310-222350-ci maddələrində nəzərdə tutulmayan digər telekommunikasiya və rabitə xidmətləri haqlarının ödənilməsi, habelə fiber - optik və optik kanallarının abunəsi və icarəsi haqlarının, kabel televiziyasının abunə haqqının, “Trank” radiorabitəsi və VLAN xidmətlərinin, mobil xüsusi dövlət rabitəsi cihazlarının GSM şəbəkəsinə qoşulma və abunəlik haqlarının, elektron poçt sistemindən istifadəyə və GPS/GSM nəzarət qurğusuna görə xidmət haqlarının ödənilməsi və bu qəbildən olan digər xərclər daxildir.”;

4.12. “222920. “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə “əmlakın sığortalanması ilə bağlı xərclər,” sözlərindən sonra “lövhələrin hazırlanması xərcləri,” sözləri əlavə edilsin;

4.13. “222990. “Sair xərclər” maddəsinə “ödənilən məbləğlər,” sözlərindən sonra “utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin və birdəfəlik ödənişlərin məbləğləri, tibbi tullantıların invertarlaşdırılması və pasportların alınması xərcləri,” sözləri əlavə edilsin;

4.14. “253300. Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafı aşağıdakı redaksiyada verilsin:

“253300. “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafına məhsulların istehsalı ilə bağlı əvəzsiz verilən maliyyə vəsaiti, habelə lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikası, suvarma sistemləri, damazlıq heyvanlara görə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər, həmçinin hüquqi şəxslərə dövlət dəstəyi ilə bağlı verilən digər subsidiyalar daxildir.”;

4.15. “263000. “Dövlət sifarişi, dövlət öhdəlikləri və bu qəbildən olan digər öhdəliklərin ödənilməsi” köməkçi bölməsində hər iki halda “ali” sözü çıxarılsın;

4.16. “263300. “Dövlət hesabına ali təhsil müəssisələrində təhsil xərcləri” paraqrafın adından və mətnindən “ali” sözü çıxarılsın;

4.17. 271200. “Müavinət” paraqrafının birinci cümləsinə “üzrə” sözündən sonra “, habelə hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların müalicə olunmaları ilə əlaqədar” sözləri əlavə edilsin;

4.18. “271290. “Digər müavinətlər” maddəsinə “maddəsinə” sözündən sonra “hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların müalicə olunmaları ilə əlaqədar verilən pul müavinəti, habelə” sözləri əlavə edilsin;

4.19. “272000. “Sosial yardım” köməkçi bölməsində birinci halda “müavinət,” sözündən sonra “hərbi təhsilə qəbul edilənlərin ailələrinə ödənilən aylıq müavinət,” sözləri əlavə edilsin;

4.20. “272290. “Digər müavinətlər” maddəsinə “maddəsinə” sözündən sonra “hərbi təhsilə qəbul edilənlərin ailələrinə ödənilən aylıq müavinət, habelə” sözləri əlavə edilsin;

4.21. “272990. “Digər ödənişlər” maddəsinə “maddəsinə” sözündən sonra “hərbi təhsilə qəbul edilən heyətə birdəfəlik ödənişlər, yığım əmanət hesabına pul köçürmələri, ipoteka ödənişləri üzrə xərclər, habelə” sözləri əlavə edilsin;

4.22. “279900. “Digər müavinətlər” paraqrafına “paraqrafına” sözündən sonra “hərbi qulluqçulara tərxis olunarkən verilən birdəfəlik müavinətlər və xüsusi rütbəsi olan əməkdaşlara xidmətdən tərxis olunmaya görə ödənişlər, habelə” sözləri əlavə edilsin;

4.23. “311100. “Tikili və avadanlıqlar” və “312100. “Tikili və avadanlıqların əsaslı təmiri” paraqraflarının birinci cümləsinə “ötürücü qurğular” sözlərindən sonra “və onların struktur komponentləri” sözləri əlavə edilsin;

4.24. “311150. “Maşın və avadanlıqlar” maddəsinə “kassa aparatları” sözlərindən sonra “, sayğaclar” sözü əlavə edilsin;

4.25. “310000. “Qeyri-maliyyə aktivləri” bölməsinin ikinci cümləsindən və “311000. “Torpaq, tikili və avadanlıqlar” köməkçi bölməsinin adından və mətnindən “torpaq,” sözü çıxarılsın;

4.26. “311900. “Sair torpaq, tikili və avadanlıqlar” paraqrafının adından və mətnindən “torpaq,” sözü çıxarılsın və mətninə “hərbi təyinatlı inventarların” sözlərindən sonra “, yanğınsöndürən balonların, məişət tullantıları və həmçinin tibbi tullantıların saxlanılması üçün konteynerlərin” sözləri əlavə edilsin;

4.27. “312000. “Əsaslı təmir” köməkçi bölməsinin, “311130. “Qurğular (tikintilər)” və “311140. “Ötürücü qurğular” maddələrinin birinci cümləsinə, “312130. “Qurğuların (tikintilərin) əsaslı təmiri” və “312140. “Ötürücü qurğuların əsaslı təmiri” maddələrinə, “311141. “Ötürücü qurğuların” və “311142. “Ötürücü qurğuların tikilməsi” yarımmaddələrinə “qurğuların” sözündən sonra “və onların struktur komponentlərinin” sözləri əlavə edilsin;

4.28. “311131. “Qurğuların (tikintilərin) alınması” və “311132. “Qurğuların (tikintilərin) tikintisi” yarımmaddələrinə “qurğuların (tikintilərin)” sözlərindən sonra “və onların struktur komponentlərinin” sözləri əlavə edilsin;

4.29. “312000. “Əsaslı təmir” köməkçi bölməsindən və “312900. Sair torpaq, tikili və avadanlıqların əsaslı təmiri” paraqrafının adından “torpaq,” sözü çıxarılsın.

5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

6. Bu Qərarın 4.1-ci, 4.3-cü, 4.5-ci bəndləri və 5-ci hissəsi 2025-ci ilin 1 yanvar tarixindən, 1.1-1.4-cü, 2.1-2.8-ci, 3.2-ci, 4.2-ci, 4.6-4.8-ci, 4.12-4.24-cü, 4.27-ci, 4.28-ci bəndləri 2026-cı ilin 1 yanvar tarixindən tətbiq edilir, digər bəndləri 2027-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 7 ” “ noyabr ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir  

12:16
05 Dekabr

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb  

12:15
05 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

12:14
05 Dekabr

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!