Azərbaycan Respublikasının Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır
Fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycan Respublikası Milli Məclisində olmuşdur.
AzərTAc xəbər verir ki, Nurlan Niqmatulin Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Qazaxıstan Parlamenti Məclisinin sədrində dərin təəssürat doğurmuşdur.
Nurlan Niqmatulin Xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin görüşü olmuşdur.
Oqtay Əsədov bildirmişdir ki, belə yüksək səviyyəli səfərlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələri təcəssüm etdirir. Oqtay Əsədov əmin olduğunu bildirmişdir ki, Qazaxıstan Parlamenti Məclisi sədrinin Bakıya səfəri əlaqələrimizin daha da inkişafına töhfə verəcəkdir.
Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Oqtay Əsədov demişdir ki, iki ölkə arasındakı münasibətlər dərin köklərə malikdir. Xalqlarımız arasında əlaqələr hər zaman dostluğa söykənmişdir.
Diqqətə çatdırılmışdır ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra böyük inkişaf yolu keçmiş, əlaqələrimiz daha yüksək səviyyəyə çatmışdır. Hazırda Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının fəaliyyəti təqdirəlayiqdir.
Parlament Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycanın və Qazaxıstanın dost və qardaş ölkələr olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, iki ölkə arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bu gün bu əlaqələr dövlətlərimizin başçıları tərəfindən daha da inkişaf etdirilir. Azərbaycanın və Qazaxıstanın strateji tərəfdaşlar olduğunu deyən Nurlan Niqmatulin əminliklə bildirmişdir ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış sənədlər əməkdaşlığın gələcəkdə daha da inkişafına töhfəsini verəcəkdir.
Qonaq ölkələrimizin regional və beynəlxalq əməkdaşlığını yüksək qiymətləndirmiş, Azərbaycanın ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi göstərdiyi uğurlu fəaliyyətinə görə təbriklərini çatdırmışdır. Həmçinin bu qurumda Azərbaycanın Qazaxıstana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etmişdir. O, Beynəlxalq Katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycanın göstərdiyi dəstəyi də xüsusi vurğulamışdır.
Qonaq hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
Sazişi Milli Məclisin Sədri Oqtay Əsədov və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin imzalamışlar.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!