Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Qərar № 3/8
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 46-cı maddəsinin tələblərinə əsasən, hər ilin əvvəlindən başlayaraq daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib edildikdən sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilməli, bununla əlaqədar müvafiq iş aparıldıqdan sonra həmin siyahılar may ayının 30-dək müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.
Cari ilin seçici siyahılarının tərtib edilməsi işi Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılaraq yekunlaşdırılmış, onların aşağı seçki komissiyaları tərəfindən təsdiq olunması və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilməklə ictimailəşdirilməsi mərhələsi başlanmışdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 46.1-ci və 46.12-ci maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikasında 2023-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.
2. Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.
3. Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.
4. Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və dairə seçki komissiyalarına həvalə edilsin.
5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
26.05.2023-cü il
Bugünkü hərracda bankların dollara olan tələbi 83 milyona yaxınlaşıb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 1,3 faiz artıb
“Fənərbaxça”nın legioneri əlinin böyüklüyü ilə diqqət çəkdi
"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?
Venesuela təzminat istəyir
“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına
Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır
500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq
Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq
Milli futbol liqaları FIFA-nı məhkəməyə verib
İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq
Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu
Qlobal dövlət borcu 100 trilyonu ötəcək
Macarıstanın Baş naziri COP29-da iştirak edəcək
Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb
“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib
Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!