Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə:
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2016-cı il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2016-cı il sentyabrın 10-dək, həmçinin həmin qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2017-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
3.1. cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2015-ci ilin ilkin statistik məlumatlarını 2016-cı il fevralın 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
3.2. növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin etsin.
4. 2014-2015-ci illər üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi əlavə dəyər vergisi ödəyiciləri üzrə (fəaliyyət göstərdiyi şəhər və rayonlar göstərilməklə) hesablanmış və dövlət büdcəsinə daxil olmuş vergilərə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ölkə ərazisinə idxal olunan mallar üzrə tətbiq edilən əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunmuş hüquqi və fiziki şəxslər və onların idxal göstəricilərinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi hər bir hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə dövlət mülkiyyətinin və torpaqların icarəyə verilməsi ilə bağlı hesablanmış və dövlət büdcəsinə daxil olmuş vəsaitə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu hər bir hüquqi və fiziki şəxs üzrə hesablanılmış və fonda ödənilmiş məcburi dövlət sosial sığorta ayırmalara dair məlumatları 2016-cı il aprelin 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2016-cı il martın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2016-cı il mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2016-cı il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2017-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2016-cı il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2016-cı il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2016-cı il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2016-cı il iyulun 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
7.1. 2016-cı il dəqiqləşdirilmiş, 2017-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2017-ci il üçün ilkin proqnozlarını 2016-cı il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2016-cı il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
7.2. 2017-ci il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2016-cı il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2016-cı il avqustun 1-dək Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim etsin.
7.3 2017-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri üzrə makroiqtisadi çərçivənin müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin regional və yerli bölmələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2016-cı il iyunun 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etsinlər.
9. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2016-cı il iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
10. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə qanunvericiliklə müdafiə olunan xərclər istisna olmaqla, digər xərclər üzrə qənaət rejimi gözlənilməklə, növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini hazırlayıb (hər bir dövlət proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2016-cı il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
11. Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar:
11.1. növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir dövlət proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2016-cı il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
11.2. dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
12. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2016-cı il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2016-cı il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
13. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2016-cı il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2016-cı il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
14. Bələdiyyələrə tövsiyə edilsin ki, yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi, həmçinin dövlət büdcəsindən yerli büdcələrə, maliyyə yardımı (dotasiya) və subvensiya ayrılması üçün təkliflərini martın 15-dək və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2016-cı il mayın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
15. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2017-ci il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2016-cı il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
16. Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2016-cı il iyulun 1-dək:
16.1. aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
16.2. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
17. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etsinlər.
18. Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.
19. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 yanvar 2016-cı il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!