21 May 2025 15:12
732
SİYASƏT
A- A+
Azərbaycan qadını ictimai-siyasi, elmi-mədəni proseslərdə fəal iştirak edir

Azərbaycan qadını ictimai-siyasi, elmi-mədəni proseslərdə fəal iştirak edir

 

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüş Şamaxı rayonunda keçirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Könül Nurullayeva qadınların ictimai həyatda rolu, dövlətimizin qadın siyasəti, ailə institutunun möhkəmləndirilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzularında fikirlərini bölüşüb. Bildirib ki, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. “Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır” deyən deputat qeyd edib ki, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir: “Azərbaycan qadını mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.”

  Könül Nurullayeva öz həyat və fəaliyyət təcrübəsindən də bəhs edərək, motivasiya verən məqamları da paylaşıb.

Layihənin rəhbəri, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edərək layihənin məqsədi barədə danışıb. Bildirilib ki, əsas məqsəd cəmiyyətin inkişafında qadınların rolunu artırmaq, onların uğur hekayələrini geniş ictimaiyyətə çatdırmaq və cəmiyyətdə qadın həmrəyliyini gücləndirməkdir.

Tədbirdə Şamaxı rayonundan olan fəal qadınlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Görüş zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, qadınların ictimai və sosial həyatda daha fəal iştirakının təşviq olunması istiqamətində təkliflər dinlənilib.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Muxtar Babayev: Dövlətlər müharibələrdən qorunma yolları axtarırlar, lakin iqlim dəyişikliyi artıq bir reallıqdır 

14:36
13 Mart

Əli Əhmədov: Son bir neçə ildə Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır

14:31
13 Mart

Lu Mey: Çin modernləşmə imkanlarını Azərbaycan ilə paylaşmağa hazırdır

14:28
13 Mart

Ötən il Azərbaycandan boru kəmərləri vasitəsilə 25,2 milyard kubmetr qaz ixrac edilib

14:21
13 Mart

Ötən il Azərbaycanda enerji istehsalı 28,6 milyard kilovat-saat təşkil edib  

14:18
13 Mart

Makron İraqda fransız hərbçisinin həlak olduğunu təsdiqləyib  

14:16
13 Mart

Tomas Lamanauskas: Azərbaycanın şəhərlərin rəqəmsal transformasiyasında liderlik üçün bütün əsasları var  

14:11
13 Mart

Tobias Elvud: Müharibə ticarəti çətinləşdirir və iqtisadi inkişafın qarşısını alır

14:07
13 Mart

Murat Kurum Azərbaycana təşəkkür edib: “İki dövlət, tək millət olmaqdan qürur duyuruq”  

14:04
13 Mart

BMT Baş katibinin müavini Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub  

14:01
13 Mart

Media: İrana qarşı hərbi əməliyyatlar azı 2-3 həftə davam edəcək 

13:56
13 Mart

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək  

13:47
13 Mart

Baş nazir: Nəqliyyat və logistika sahələri qeyri-neft ÜDM-in 13 faizini formalaşdırıb  

13:41
13 Mart

Hulusi Kılıç: Türkiyə-Azərbaycan qardaşlığından qürur duyuruq  

13:25
13 Mart

Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 504 milyon manat maliyyə dəstəyi ayrılıb

13:23
13 Mart

Bu il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub  

13:15
13 Mart

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb

13:11
13 Mart

Çinin səfiri: Azərbaycan ÇXR Sədrinin qlobal təşəbbüslərini dəstəkləyir

12:43
13 Mart

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

12:28
13 Mart

Ötən il Azərbaycanın sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub  

12:13
13 Mart

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə dövlət tərəfindən mənzillər verilib

12:10
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!