Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisi üzvlərinin ilk rəsmi səfərlərinin məhz Azərbaycana etmələrinin önəmini vurğulayaraq bu ənənənin hökumət üzvləri ilə yanaşı, parlament üzvləri tərəfindən də davam etdirilməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Türkiyə Respublikasının Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı parlamentlərarası əlaqələrin gələcəkdə də yüksək səviyyədə olacağına ümidvar olduğunu bildirdi.
Volkan Bozkır Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin ilk xarici səfərinin Azərbaycana etməsinin onlar üçün mühüm bir vəzifə olduğunu dedi. O, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəyin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edən Volkan Bozkır dünyada və bölgədə ciddi problemlərin mövcud olduğu bir şəraitdə ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin önəmli hadisə olduğunu dedi.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəyin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə, Baş nazirə və Böyük Millət Məclisinin Sədrinə çatdırmağı xahiş etdi.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!