05 Oktyabr 2011 01:10
618
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin və Rusiya Federasiyasının İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun, Kabardin-Balkar Respublikasının Prezidenti Arsen Kanokovun, Şimali Osetiya-Alaniya Respublikasının başçısı Taymuraz Mamsurovun, Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun ölkəmizə səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı əməkdaşlığımızın gələcək inkişafını bir daha müzakirə etmək üçün səfərin yaxşı imkan yaratdığını vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu  bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya Federasiyası arasında ticarət dövriyyəsinin artdığını, siyasi əlaqələrin möhkəmləndiyini, regional əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiyanın Şimali Qafqaz respublikaları arasında da işgüzar, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndiyini qeyd edərək bunun ölkələrimiz və xalqlarımız üçün önəmini vurğuladı.

Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin tapşırıqlarına uyğun olaraq ölkələrimiz arasında ikitərəfli münasibətləri və əməkdaşlığı nəinki hökumətlər, eləcə də subyektlər səviyyəsində daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayaraq respublikamızın Şimali Qafqaz Dairəsi ilə əməkdaşlığını bunun yaxşı  nümunəsi kimi qiymətləndirdi. O, artıq Bakıda mühüm görüşlərin və bir sıra kompleks layihələrin təqdimatını keçirdiklərini vurğulayaraq bunları inkişaf etdirmək niyyətində olduqlarını dedi.

Görüşdə bildirildi ki, Rusiya Federasiyası İnquşetiya Respublikasının veteranlarının və əhalisinin çoxsaylı xahişi ilə Rusiya Federasiyasının Şimali Qafqaz subyekti ilə Azərbaycan Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinin əlaməti olaraq görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün Malqabek Şəhər Şurası bu şəhərdəki xiyabanların birinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından  Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə nahar verildi.

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video