30 Aprel 2024 18:30
207
CƏMİYYƏT
A- A+

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Birgə və Sağlam” İctimai Birliyinin nümayəndələrin iştirakı ilə autizmli şəxslərlə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, autizm spektr pozuntusu olan şəxslərlə bağlı mövcud problemlərin aradan qaldırılması istiqamətində İctimai Birliyinin nümayəndələri ilə müzakirələrin aparılması və ombudsmanın fəaliyyəti ilə tanışlıq xarakteri daşıyan görüş zamanı müvəkkil bu şəxslərə dəstək məqsədilə Ombudsman Aparatı tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.

S.Əliyeva xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən uşaqların hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsinin vacibliyini vurğulayıb, autizmlə bağlı mövcud çətinliklərin həlli üçün müvafiq dövlət qurumlarının, eləcə də aidiyyəti təşkilatların bu sahədə əlaqəli şəkildə fəaliyyətinin zəruriliyini qeyd edib.

Ombudsman autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında xüsusi normativ hüquqi aktın və məqsədli dövlət proqramının qəbul edilməsinin, onlar üçün müvafiq təhsil müəssisələri və reabilitasiya mərkəzlərinin genişləndirilməsinin, ixtisaslı kadr hazırlığının gücləndirilməsinin və maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini bildirib.

Görüşdə “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova və Birliyin Autizm Məşvərət Şurasının üzvü Leyla Tağıyeva bu qəbildən olan şəxslərin cəmiyyətə sosial inteqrasiyası sahəsində mövcud problemləri, həmçinin həmin İctimai Birliyin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində həyata keçirilən reabilitasiya tədbirləri barədə məlumat verib və planlaşdırılan işləri diqqətə çatdırıb.

Yekunda görüş iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video