03 Dekabr 2023 12:05
589
CƏMİYYƏT
A- A+
Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir

 

Çinin Quancou şəhərində 5-ci Dünya Media Sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə 101 ölkədən 450-dən çox qonaq, o cümlədən dövlət qurumlarının rəsmiləri, media qurumlarının və beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin xarici media ilə iş sektorunun müdiri Orxan Səttarov təmsil edir.

“Qlobal etibarlılığı artırmaq, medianın inkişafını təşviq etmək” devizi altında keçirilən sammitin açılış mərasimində və plenar iclasında çıxış edənlər, o cümlədən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat departamentinin baş icraçı direktorunun müavini Hu Hepin, Quandon vilayətinin qubernatoru Van Veycon, Sinxua agentliyinin prezidenti Fu Hua, “Reuters” agentliyinin rəhbəri Su Bruks, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və başqaları medianın müasir problemlərinə, yeni çağırışlar fonunda jurnalistlərin üzləşdiyi çətinliklərə toxunublar, medianın cəmiyyətin həyatında vacib sosial məsuliyyət daşığını qeyd ediblər. Ciddi jurnalistikanın saxta informasiya yayımı ilə mübarizədə səylərinin artırılmasının vacibliyi vurğulanıb. Çıxış edənlər dünyada sülhün, inkişafın və əməkdaşlığın təminatı üçün fəal informasiya mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Medianın işində müasir texnologiyaların, o cümlədən süni intellektin tətbiqinin faydaları vurğulanıb.

Tədbirdə qaynar ocaqlarda peşə borcunu yerinə yetirərkən həlak olan media nümayəndələrinin xatirəsi anılıb.

Müharibələr, münaqişələr, “soyuq müharibə” təfəkkürünün qlobal etimadın möhkəmlənməsinə mane olan əsas amillərdən olduğu vurğulanıb.

Qeyd olunub ki, Dünya Media Sammiti kimi platformalar müxtəlif ölkələri və xalqları bir araya gətirərək sülh və inkişafa dialoq vasitəsi ilə nail olmağın yollarını axtarmağa imkan verir. Bu səbəbdən də sammitin işində təkcə media qurumlarının rəhbərləri deyil, cəmiyyətin daha geniş spektrini əhatə edən təbəqələrin nümayəndələri iştirak edir. Dekabrın 8-dək davam edəcək sammitin müxtəlif mövzularda plenar və panel iclasları keçiriləcək.

Qeyd edək ki, Dünya Media Sammiti 2009-cu ildə Sinxua, “Associated Press”, “Reuters”, “Kyoda” və TASS İnformasiya Agentliyi daxil olmaqla aparıcı media qurumlarının birgə təşkilatçılığı ilə təsis edilib və elə ilk sammit də Çində, Pekində keçirilib. Ardınca Moskva və Dohada sammitlər təşkil olunub. Pandemiyanın səngiməsindən sonra digər beynəlxalq tədbirlər kimi Dünya Media Sammitinin işi də bərpa olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!