12 Noyabr 2025 19:30
502
SİYASƏT
A- A+
Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  

Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  


12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində ən əlamətdar günlərdən biridir. Bu tarixi gün müstəqil Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi inkişaf yolunu müəyyənləşdirən, xalqın iradəsini ifadə edən, dövlətçiliyimizin ideya-siyasi və hüquqi əsaslarını təsbit edən Əsas Qanunumuzun qəbul olunduğu gündür.

Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Bu, müstəqil Azərbaycanın hüquqi dövlət kimi inkişafına, cəmiyyətin demokratikləşməsinə və sabitliyin bərqərar olmasına möhkəm təməl yaratmış tarixi hadisədir. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan bu mükəmməl sənəd xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərinə və müasir dünyanın sivil prinsiplərinə söykənmişdir.

Cənab Prezident İlham Əliyev bu gün Ümummilli Liderimizin müəyyən etdiyi dövlətçilik xəttini uğurla davam etdirərək, Konstitusiyanın aliliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının müdafiəsi, demokratik idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Ölkəmizdə həyata keçirilən konstitusiya islahatları, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı təminatına yönəlmişdir.

Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə və 2023-cü ildə ərazi bütövlüyümüzün tam bərpası nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində təmin olunmuşdur. Bu reallıq Ulu Öndərin bəyan etdiyi əsas məqsədlərdən biri olan dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin parlaq təzahürüdür.

Cənab Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu baxımdan böyük rəmzi və siyasi əhəmiyyət daşıyır. Bu il həm Konstitusiyamızın qəbulunun 30-cu, həm də Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünə təsadüf edir. Bu yubiley, müstəqil dövlətimizin hüquqi, siyasi və mənəvi sütunlarını daha da möhkəmləndirən, milli birliyimizi gücləndirən əlamətdar hadisədir.

 Biz bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyamızın prinsiplərini həyatın bütün sahələrində reallaşdırırıq.

Bu münasibətlə xalqımızı səmimi-qəlbdən təbrik edir, hər bir vətəndaşımıza dövlətçiliyimizin dayağı olan Konstitusiyamıza sadiqlik və ölkəmizin daha da qüdrətli gələcəyi naminə fəaliyyətində uğurlar arzulayıram.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!