18 İyun 2026 22:51
378
CƏMİYYƏT
A- A+
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir  

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir  


QMİ sədri Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə görüşüb


İyunun 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadı və Dikasteriyanın İslam Bürosunun rəhbəri Ata Laurent Basanese ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri, Özbəkistanın Azərbaycandakı səfiri və Azərbaycanın Müqəddəs Taxt-Tacındakı səfiri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görüşdə Azərbaycan ilə Vatikan arasında münasibətlərin tarixi inkişafına toxunub. O bildirib ki, bu əlaqələrin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Şeyxülislam Roma Papası II İoann Pavelin Azərbaycana səfərini xatırladaraq, onun müsəlman ölkəsinə səfər edən ilk Papa olduğunu qeyd edib. Həmçinin Papa Fransiskin Azərbaycana səfərinin ölkədə mövcud olan tolerantlıq və multikultural mühitin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Çıxışda Heydər Əliyev Fondunun fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr çərçivəsində müxtəlif dini abidələrin, o cümlədən kilsələrin bərpası istiqamətində mühüm işlər görülüb. Qeyd olunub ki, Azərbaycanın həyata keçirdiyi bərpa və quruculuq siyasəti ölkənin tolerantlıq və multikulturalizm modelinin mühüm göstəricisidir.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikulturalizm siyasətinin bu gün beynəlxalq miqyasda nümunə kimi qəbul edildiyini vurğulayıb, ölkədə bütün dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını bildirib.

O, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə dinlərarası dialoqa verdiyi töhfələrdən bəhs edərək, ölkənin bu istiqamətdə bir sıra nüfuzlu tədbirlərdə model kimi təqdim olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclis sədrinin müavini Musa Qasımlı ölkələr arasında dini münasibətlərin möhkəmliyini və dinlərarası dialoqun inkişafının vacibliyini vurğulayıblar.

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakad Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir. O, Roma papaları II İoann Pavel və Fransiskin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Kardinal qeyd edib ki, imzalanmış sənədlər və əməkdaşlıq memorandumu dinlərarası dialoqun inkişafına mühüm töhfə verir. O, müasir dövrdə dinlərarası dialoqun sülhün, qarşılıqlı anlaşmanın və qardaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Görüşdə Azərbaycanın tolerantlıq ənənələri yüksək qiymətləndirilib, ölkənin dinlərarası harmoniya və multikultural dəyərlərin təşviqində mühüm rol oynadığı qeyd olunub.

Kardinal çıxışının sonunda Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzularını çatdırıb, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Sonda qonağın şərəfinə ziyafət verilib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

13:23
19 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:19
19 İyun

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı: 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb 

13:17
19 İyun

Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib  

13:15
19 İyun

Dövlət qulluğu və media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib

12:53
19 İyun

Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq

12:48
19 İyun

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək  

12:43
19 İyun

BDYPİ-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə töhfə verir  

12:41
19 İyun

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

12:30
19 İyun

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib  

12:27
19 İyun

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

12:26
19 İyun

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

12:25
19 İyun

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

12:22
19 İyun

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

12:01
19 İyun

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

12:01
19 İyun

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib  

12:00
19 İyun

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq  

11:59
19 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:53
19 İyun

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

11:47
19 İyun

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

11:43
19 İyun

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

11:39
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!