08 Fevral 2025 09:45
1037
Təhsil
A- A+
Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının yeddiilliyi münasibətilə tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının yeddiilliyi münasibətilə tədbir keçirilib


Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ), Bakı İlahiyyat Kollecinin rəhbər heyəti və kollektivi iştirak edib. Aİİ rektoru, dosent Aqil Şirinov öncə kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin yeddiilliyi münasibətilə təbrik edib.

A.Şirinov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, din təhsili istiqamətində də dövlətin qayğısını görürük. Bunun bariz nümunəsi olaraq, 7 il bundan əvvəl cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmısıdır.

A.Şirinov ötən 7 il ərzində institutun  qarşısına qoyduğu hədəf və məqsədlərə nail olmaq üçün cidd-cəhdlə çalışdığını diqqətə çatdırıb. O qeyd edib ki, Aİİ dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin dini mühitini nəzərə alan, milli-mənəvi dəyərlərlə dünyəvilik və müasirlik təfəkkürünü özündə birləşdirən ali təhsil müəssisəsidir. İnstitutun məzunları artıq ölkəmizin bir sıra bölgələrinin dövlət qurumlarında, eləcə də məscidlərimizdə imam, imam müavini və dini ayinlərin icraçısı vəzifələrində çalışırlar. 

Rektor institutun əldə etdiyi nailiyyətlərdən bəhs edərkən bildirib ki, ali təhsil müəssisəsi yarandıqdan sonra onun apardığı tədris, təşkil etdiyi respublikadaxili və beynəlxalq elmi konfranslar, simpoziumlar, forumlar, eləcə də akademik heyətin din sahəsinə töhfə verən elmi araşdırmaları, xalqın dini baxımdan düzgün istiqamətdə maarifləndirilməsi prosesində yaxından iştirak etməsi Aİİ-nin Azərbaycan ictimaiyyətinin etimadını qazanmasına səbəb olub. 

İnstitut rəhbəri bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. Ötən 7 il ərzində xarici ölkələrin tanınmış 31 ali təhsil müəssisəsi və tədqiqat mərkəzləri ilə əməkdaşlıq protokolları və memorandumlar imzalanıb. Rektor qeyd edib ki, xarici universitetlərlə qurulmuş səmərəli əlaqələrin uğurlu nəticəsi olaraq, 2021-ci ildən başlayaraq Qazaxıstanda fəaliyyət göstərən "Nur-Mübarək" Misir İslam Mədəniyyəti və Türkiyənin İstanbul 29 Mayıs universitetləri ilə bağlanmış müqavilələrə əsasən, tələbələrimiz 4-cü ildir təhsillərini 1 semestr ərzində həmin universitetlərdə davam etdirirlər. Həmçinin 2023/2024 məzunu olan 2 tələbənin institutun əməkldaşlıq etdiyi Malayziya Beynəlxalq İslam Universitetində magistratura təhsili aldıqlarını vurğulayıb. 

Rektor ötən 7 il ərzində institutun müəllimləri tərəfindən hazırlanmış və tələbələrin ixtiyarına verilmiş dərsliklərə  də diqqət çəkib. 

Aqil Şirinov ali təhsil müəssisəsinin elmi fəaliyyətini əks etdirən Din Araşdırmaları Jurnalının artıq ən son beynəlxalq standartlara cavab verən şəkildə məqalə qəbulu həyata keçirdiyini, beynəlxalq elmmetrik bazalarda qeydiyyatdan keçmək üçün işlər getdiyini nəzərə çatdırıb. 

Aİİ rektoru sonda institutun fəaliyyətində göstərdikləri dəstəyə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, o cümlədən ali məktəbin fəaliyyətində dəstək olan bütün qurumlara təşəkkürünü bildirib. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa anbarlarında qaz ehtiyatları 69,75 faizə düşüb  

11:47
16 Dekabr

Prezident İlham Əliyev: Respublikamızın dinamik sosial-iqtisadi inkişafı həmkarlar ittifaqlarının qarşısında strateji vəzifələr qoyur  

11:47
16 Dekabr

Səadət Qəhrəmanova: 18 yaşı tamam olmayan şəxslərin nikaha daxil edilməsinin qarşısı qanunla tam şəkildə alınır  

11:45
16 Dekabr

On bir ayda 532 min 700 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

11:43
16 Dekabr

Prezident: Azərbaycan dövləti həmkarlar ittifaqlarının sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir  

11:37
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilir  

11:36
16 Dekabr

Ötən gün 40 cinayətin açılması təmin olunub

11:35
16 Dekabr

Azərbaycan Prezidenti: Bəhreyndə səfirliyimizin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir  

11:34
16 Dekabr

Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə  

11:32
16 Dekabr

Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxs ifşa olunub 

11:31
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına  

11:29
16 Dekabr

Tramp BBC korporasiyasına qarşı 5 milyard dollarlıq iddia qaldırıb  

11:24
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir

11:07
16 Dekabr

Mahruzluda işlərin 70 faizi bitib  

10:51
16 Dekabr

Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub  

10:37
16 Dekabr

Amerikalı ekspert: Konqresdə Azərbaycanla bağlı qanunun qəbulu münasibətlərin normallaşdırılmasında daha bir addım olacaq  

10:37
16 Dekabr

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!