02 Avqust 2024 02:34
490
CƏMİYYƏT
A- A+
Azərbaycan İlahiyyat İnstitutunda müsahibə mərhələsi başlayıb

Azərbaycan İlahiyyat İnstitutunda müsahibə mərhələsi başlayıb

 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 1 avqust 2024-cü il tarixində III ixtisas qrupu üzrə bakalavr pilləsinin "İslamşünaslıq" ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başlayıb. Müsahibə mərhələsi avqustun 3-dək davam edəcək. 
Abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu 22-28 iyul 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılıb və bu müddət ərzində 104 nəfər qeydiyyatdan keçib. 
Qeyd edək ki, abituriyentlərin dünyagörüşü səviyyələrinin və "İslamşünaslıq" ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə DİM tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və DİM-in əməkdaşları daxil ediliblər.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları, dünyəvilik anlayışı, psixoloji parametrlərinin "İslamşünaslıq" ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər seçim zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq" ixtisasını da seçə biləcəklər.
Müsahibə mərhələsinin nəticəsindən narazı qalan abituriyentlər apellyasiya müraciəti edə bilərlər. Apellyasiya  Komissiyası tərəfindən müraciətlər yalnız abituriyentin müsahibədə iştirak etdiyi gün  qəbul edilir. 
Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Ali təhsil müəssisəsi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. 

"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!