21 İyul 2026 11:48
196
İQTİSADİYYAT
A- A+
Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  


“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına növbəti “Airbus A320neo” təyyarəsini əlavə edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin donanmaya əlavə olunması ilə Azərbaycan Hava Yollarının istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.

“Airbus A320neo” təyyarəsinin istismara verilməsi Azərbaycan Hava Yollarının donanmanın yeni nəsil təyyarələrlə yenilənməsi istiqamətində həyata keçirdiyi proqramın növbəti addımıdır. Bu yanaşma aviaşirkətə əməliyyat çevikliyini artırmaq, artan sərnişin tələbatını daha səmərəli qarşılamaq və marşrut şəbəkəsini inkişaf etdirmək prioritetlərini dəstəkləyir.

“Airspace” kabini, geniş əl yükü bölmələri, yüksəksürətli “Wi-Fi”, biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklər sayəsində təyyarə daha yüksək sərnişin komfortu ilə yanaşı, daha aşağı yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan Hava Yolları donanmasını iki “Airbus A320neo” və bir “Airbus A321neo” təyyarəsi ilə genişləndirib. Bu ilin sonuna kimi Azərbaycanın milli aviadaşıyıcısı təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil olmasını planlaşdırır. Bu proqram çərçivəsində aviaşirkət mərhələli şəkildə yeni nəsil “Airbus” təyyarələrini istismara qəbul edir və 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir.

Təyyarənin təqdimat videosunu linkə keçid edərək izləyə bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

02:20
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda və 2021-ci il 25 may tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda dəyişiklik edilməsi barədə

02:18
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:17
22 İyul

Azərbaycan, Gürcüstan və Ermənistan ekodəhlizlərin inkişaf perspektivlərini müzakirə ediblər

23:19
21 İyul

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

22:07
21 İyul

Çempionlar Liqası: “Sabah” Finlandiya klubunu məğlub edib

21:57
21 İyul

Gürcüstan mediası Prezident İlham Əliyevin Almaniyaya səfərindən yazır

20:48
21 İyul

AŞPA Azərbaycana münasibətdə selektiv yanaşmadan əl çəkmir  

19:51
21 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

19:26
21 İyul

Azərbaycan–Almaniya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

18:48
21 İyul

Fərhad Abdullayev: Konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır

18:47
21 İyul

Rumıniya Radiosu: Almaniya Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək niyyətindədir

18:09
21 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb

18:02
21 İyul

Çin Kommunist Partiyasının nümayəndə heyəti Milli Məclisdə olub

17:46
21 İyul

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə

17:36
21 İyul

Baş prokuror Kəlbəcərdə olub

17:16
21 İyul

Almaniya Kansleri: Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir

16:57
21 İyul

Məsud Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid edib

16:54
21 İyul

Prezident: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir  

16:39
21 İyul

Ukrayna hərbçiləri Rusiyanın Kursk aerodromunda MiQ-29 qırıcısını məhv ediblər 

16:29
21 İyul

Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb  

16:18
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!