18 Mart 2025 08:35
827
İQTİSADİYYAT
A- A+
Azərbaycan hava nəqliyyatında da mühüm tranzit ölkəyə çevriləcək

Azərbaycan hava nəqliyyatında da mühüm tranzit ölkəyə çevriləcək


Azərbaycan tranzit ölkə kimi əlverişli coğrafi məkanda yerləşir. Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən ən qısa marşrutlar ölkəmizin üzərindən keçir. Yeri gəlmişkən, xatırladaq ki, tarixən də Azərbaycan İpək yolu ticarət marşrutunda önəmli ölkə olub. 

Hazırda strateji ticarət yolunun seçilməsində üç əsas şərt - təhlükəsizlik, qısa vaxt və ucuz tarif əsas rol oynayır. Azərbaycan bu üç şərtin ölkəmizdə icra olunması ilə yanaşı, region ölkələrinin də buna qoşulması üçün səylər göstərir. Dövlətimizin başçısının dediyi kimi, nəqliyyat infrastrukturunun formalaşmasında region ölkələri ilə yaxşı əlaqə qurmaq və birgə fəaliyyət göstərmək mühüm şərtdir. Nəqliyyat dəhlizləri ilə bağlı bir çox regional və qlobal tədbirlərin Azərbaycanda keçirilməsi də ölkəmizin bu sahədə aktiv fəaliyyət göstərməsinə əyani sübutdur.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dünyada müxtəlif sahələri əhatə edən ən əhəmiyyətli tranzit ölkəsidir. Ölkəmiz təkcə nəqliyyat deyil, həm də neft-qaz, enerji və "yaşıl enerji" üzrə də etibarlı tranzit ölkə kimi tərəfdaşlarının etimadını qazanıb. İki mühüm beynəlxalq marşrutun - Orta dəhliz və "Şimal-Cənub" marşrutu üzrə qovşaq ölkə olması bizə qlobal  səviyyədə strateji dövlət statusunu qazandırıb.

Azərbaycanda formalaşan daha bir nəqliyyat infrastrukturu ölkəmizə bu sahədə əlavə dividendlər qazandıracaq. Hava nəqliyyatında da tranzit ölkə statusu qazanması Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, Azərbaycanın hava nəqliyyatında da mühüm tranzit ölkə olmasına xüsusi fikir verir, bu məqsədlə infrastrukturun yaradılmasına ciddi diqqət yetirir. Dövlət başçısının sərəncamları ilə mövcud hava limanları yenidənqurma işləri aparılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə 2 yeni beynəlxalq əhəmiyyətli hava limanları tikilib, 3-nün isə bu il açılması gözlənilir. Ümumiyyətlə, dövlət başçısının təşəbbüsü ilə 2013-cü ildən ötən 11 il ərzində ölkəmizdə beynəlxalq aeroportların sayı 8-ə çatıb və Laçında tikilən 9-cu, qeyd etdiyimiz kimi, tamamlanmaq üzrədir. Yeni dövlət proqramının icrası isə rəsmiyyətin sadələşdirilməsi,  yükün, baqajın, poçt daşımaları hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi, sərnişinlərin rahatlığının və sərnişin məmnunluğunun artırılması ilə ölkəmizin bütün hava limanlarının aktivliyini yüksəldəcək, hava daşımaları HAB-ı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.

İqtisadi İslahatların Təhlili və Kommmunikasiya Məkrəzinin şöbə müdiri Aqil Əsədov deyir ki, hava nəqliyyatı ilə daşımaların sadələşdirilməsi ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu, daxili və beynəlxalq ticarət əlaqələrinin şaxələnməsinə, logistika proseslərinin sürətlənməsinə və xarici investisiyaların cəlb edilməsinə əlavə imkanlar yaradır. Hava yolu ilə daşımaların asanlaşdırılması həm də səyahətləri daha rahat və sürətli edərək turizm sektorunun inkişafına müsbət təsir göstərir. Hava nəqliyyatının genişləndirilməsi ölkəyə əlavə gəlirlərin əldə edilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionlar arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə də stimul verə bilər. Bu növ infrastrukturun inkişafı ölkənin strateji mövqeyini və beynəlxalq əlaqələrini gücləndirərək qlobal bazarda daha rəqabətqabiliyyətli olmağa imkan yaradır. 

"Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir", - deyən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə son dövrlər mühüm sənədlərin qəbulu sahənin imkanlarını daha da genişləndirir. Eyni zamanda qəbul edilən qərarlar, proqram və layihələr nəqliyyat sektoruna dövlətin diqqət və qayğısını nümayiş etdirməklə yanaşı, həm də Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağı kimi Azərbaycanın uzunmüddətli hədəflərə istiqamətləndiyini göstərir. Bütün bunlar paralel olaraq etibarlı tərəfdaş kimi dövlətimizin mövqeyini möhkəmləndirir, Azərbaycanın öz öhdəlik və hədəflərinə sadiqliyini ifadə edir.

A.Əsədov bildirir ki, "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqram"nın təsdiq edilməsi ölkəmizin nəqliyyat-tranzit imkanlarını daha da artırmaqla bərabər, Azərbaycanı hava daşınmaları HAB-ına çevirəcək. Bu proqram qeyd olunan sahədə nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsinə səbəb olacaq. Onun sözlərinə görə, dövlət proqramının həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə proseslər asanlaşacaq və əməliyyatların səmərəliliyinin artmasına nail olunacaq, sərhədlərin təhlükəsizliyi gücləndiriləcək, ticarət və turizmin inkişafına, həmçinin ümumi iqtisadi inkişafa və məşğulluğa töhfə veriləcək, keyfiyyətli aviasiya xidmətlərinin əlçatanlığı təmin ediləcək.

"Ümumilikdə 10 məqsədi və 10 hədəfi əhatə edən proqram qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq infrastruktur təminatının təkmilləşdirilməsi ilə  reyslərin sayının artırılmasını və daşıma coğrafiyasının genişləndirilməsini təmin edəcək. Dövlət proqramı həm də mülki aviasiya daşımaları ilə bağlı mühüm qlobal əhəmiyyətə malik, 1944-cü ildə qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın tələblərindən irəli gələn məsələləri özündə cəmləşdirir", - deyə A.Əsədov bildirib. Bu proqram həmçinin hava daşımalarının sadələşdirilməsi və sərhəd nəzarəti ilə bağlı proseslərin səmərəli idarə edilməsində, eləcə də beynəlxalq hava daşımalarının sürətləndirilməsində mühüm rol oynayır. Proqram ölkəmizin hava nəqliyyatında təmin edilmiş dinamikanı daha da sürətləndirəcək, daşınmaları daha da intensivləşdirəcək.


Rüstəm KAMAL,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

19:41
17 Aprel

 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 2

19:24
17 Aprel

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

19:19
17 Aprel

Tramp: İran ABŞ-nin köməyi ilə bütün dəniz minalarını təmizləyir

19:19
17 Aprel

Tramp Hörmüz boğazı açılandan sonra ona zəng edən NATO-nu tənqid edib  

19:18
17 Aprel

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib  

19:18
17 Aprel

ABŞ Mərkəzi Komandanlığı: Blokada zamanı heç bir gəmi dəniz qüvvələrindən yayınmayıb  

19:17
17 Aprel

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

19:15
17 Aprel

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

19:15
17 Aprel

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

19:07
17 Aprel

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihəsinin inkişafı nəzərdən keçirilib  

18:25
17 Aprel

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

18:23
17 Aprel

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

18:22
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!