Azərbaycan Daşkənddə keçirilən beynəlxalq konfransda təmsil olunub
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Daşkənddə “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd Mərkəzi və Cənubi Asiya ölkələri və xalqlarının maraqları naminə bu regionlar arasında tarixi dostluq, etimad və mehriban qonşuluq əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
Konfransda Özbəkistan və Əfqanıstan prezidentləri, Pakistanın Baş naziri, Mərkəzi və Cənubi Asiyanın, digər dövlətlərin xarici işlər nazirləri, nüfuzlu beynəlxalq və regional təşkilatların, maliyyə institutlarının, aparıcı elmi-tədqiqat və analitik mərkəzlərin rəhbərləri, ümumiyyətlə, dünyanın 40-dan çox ölkəsindən 250 nümayəndə iştirak edib.
Azərbaycanı konfransda Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Konfransı açan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Böyük İpək yolunun qovuşuğunda yerləşən Mərkəzi və Cənubi Asiyanın uzun əsrlər boyu xalqlar və sivilizasiyalar arasında münasibətlərin qurulmasına şərait yaratdığını bildirib. Bu iki regionun sıx qarşılıqlı fəaliyyəti nəticəsində yeni biliklər və fəlsəfi ideyalar yayılıb, təbabətdə, astronomiyada, coğrafiyada, riyaziyyatda, memarlıq və diplomatiyada uğurlar əldə olunub, mədəni və mənəvi dəyərlər inkişaf edib. Mərkəzi və Cənubi Asiya etibarlı ticarət marşrutları ilə bir-birinə bağlı olub, Yaxın Şərq, Avropa və Çin üçün körpü rolunu oynayıb.
Ş.Mirziyoyev bu bölgənin bir parçası olan Əfqanıstanda sülhün və sabitliyin təmin edilməsi istiqamətində görülməli təxirəsalınmaz tədbirlərdən də danışıb.
Sonra Əfqanıstan Prezident Məhəmməd Əşrəf Qani, Pakistanın Baş naziri İmran Xan, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel və digər qonaqlar mövzu ilə bağlı fikirlərini və təkliflərini səsləndiriblər.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev çıxışında bildirib ki, Mərkəzi və Cənubi Asiya regionu Avropa və Asiya qitələrinin təmas xəttində böyük potensiala malik əsas birləşdirici həlqədir. Biz bir daha əmin olduq ki, kononavirus infeksiyasının sürətlə yayılması ilə bağlı olan qlobal və regional çağırışlar fonunda əməkdaşlığımız və qarşılıqlı fəaliyyətimiz yüksək səviyyədədir.
Ş.Mustafayev deyib: “Azərbaycan dəyəri milyardlarla dollarla ölçülən investisiyalar cəlb etməklə çox qısa müddətdə bütün nəqliyyat infrastrukturunu modernləşdirib. Beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin işə düşməsi üçün bir çox layihə həyata keçirilib. Xəzər dənizindəki müasir beynəlxalq Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan layihəsi, Cənub Qaz Dəhlizi və digərləri buna bariz nümunədir. Ələt limanında Azad İqtisadi Zona yaradılır. Bu məkan yaxın gələcəkdə beynəlxalq daşımalarda və regionun logistika sahəsində aparıcı rol oynayacaq”.
Azərbaycanın tərəfdaşları ilə birgə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirdiyini bildirən Ş.Mustafayev qeyd edib ki, bu dəhliz Çin, Mərkəzi Asiya və Avropa dövlətləri arasında tranzit daşımalara, Gürcüstan və Türkiyə limanlarına çıxış imkan yaradır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də mühüm layihələrdən biridir. Layihə üzrə tərəfdaşlarımız olan İran və Rusiya ilə birgə Hindistan və Cənubi Asiyanın digər ölkələrinə Çabahar limanı vasitəsilə MDB və Şərqi Avropa bazarlarına çıxmaq imkanı verən bu yolu inkişaf etdiririk.
Baş nazirin müavini deyib ki, yükdaşımaları artırmaq üçün Özbəkistan, Qırğızıstan, Türkmənistan və Gürcüstan ilə birgə beynəlxalq multimodal dəhliz yaradılır. 2018-ci ildə isə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Türkiyə arasında Lapis-Lazuli marşrutu üzrə tranzit və nəqliyyat haqqında saziş imzalanıb.
Ş.Mustafayev vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, 44 günlük müharibənin Azərbaycanın Qələbəsi ilə bitməsi, işğal edilmiş ərazilərin azad olunmasından sonra Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb, bu da qarşıda yeni imkanlar açır. “Biz hazırda Zəngəzur nəqliyyat dəhlizi üzərində işləyirik. Şərq-Qərb dəhlizinin bir hissəsi olan Zəngəzur dəhlizi region dövlətləri üçün böyük imkanlar və yeni perspektivlər yaradacaq”, - deyə Baş nazirin müavini qeyd edib.
Konfransda Əfqanıstan böhranının tənzimlənməsi yolları, Mərkəzi və Cənubi Asiyada ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə bu regionların dövlətləri arasında ticarət, investisiya, nəqliyyat, energetika, innovasiya, turizm, təhsil, səhiyyə, elm sahələrində və sabitliyin təmin edilməsi istiqamətində əməkdaşlıq barədə fikir mübadiləsi də aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!