Azərbaycan Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
Ankarada fəaliyyət göstərən Amerika məktəbində (Ankara Elementary and High school) keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.
Türkiyədəki səfirliyimizdən AZƏRTAC-a bildirilib ki, diplomatik missiyamız və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələrinin də iştirak etdiyi festival çərçivəsində Azərbaycan stendi qurulub. Stendə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kilimlər nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim olunub.
Festival iştirakçıları Azərbaycan mətbəxinin təamları - şah plov, dolma, ləvəngi, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq ediliblər.
Tədbirdə Ankarada Amerika məktəbində təhsil alan və festivalda təmsil olunan müxtəlif ölkələrin şagirdlərinin bayraqlarla keçid paradı təşkil olunub və milli geyimlərlə Azərbaycanlı uşaq və yeniyetmələr iştirakçılar qarşısında bayrağımızla keçid ediblər.
Sonda festivalın iştirakçı dövlətlərinin hazırladığı konsert proqramları təqdim edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı mədəni proqram çərçivəsində Ankaradakı “Hazar” Rəqs Ansamblı milli rəqslərimizi ifa edib və çıxışlar alqışlarla qarşılanıb.
Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəkistan, Böyük Britaniya, Qırğızıstan, Hindistan və s. ölkələr də öz milli mədəniyyətləri və mətbəxlərinə dair stendlər hazlayıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 May
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə D...
16 May
Tolerantlıq Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
16 May
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib...
16 May
Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu üzərində 4 tunel, 2 körpü inşa olunacaq
16 May
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
16 May
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin t...
16 May
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq e...
16 May
"Qaradağ Maşınqayırma" ASC-nin səhmdarlarının nəzərinə
16 May
“Biznesin müflisləşməsi” üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair yeni tə...
15 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!