18 İyul 2026 08:40
1127
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir


ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərlə bağlı sosial şəbəkələrdəki paylaşımı və dövlətimizin başçısına təşəkkür etməsi ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin göstəricisidir. 

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında deyib ki, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, beynəlxalq missiyalara dəstək və regional sabitlik kimi istiqamətlər uzun illər Azərbaycanla Amerikanın əməkdaşlığının əsas istiqamətlərini  təşkil edib. Hazırkı mərhələdə müşahidə olunan dinamika da Vaşinqton və Bakı arasında münasibətlərin inkişafına əlavə töhfə verir. "Ümumiyyətlə, dövlət başçıları arasında qarşılıqlı hörmət və etimad olduqca vacibdir. Xüsusilə mürəkkəb beynəlxalq münasibətlər sistemində liderlər səviyyəsində verilən mesajlar xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı da ABŞ ilə münasibətlərin Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayaraq bildirdi ki, Bakı Vaşinqtonla qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və ölkələrin suverenliyinə əsaslanan əməkdaşlığın tərəfdarıdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan heç bir ölkə ilə qarşıdurma siyasəti yürütmür və Amerika ilə münasibətlərin inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına cavab verir", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, münasibətlərin qarşılıqlı maraqlar və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində qurulması rəsmi Bakı üçün hər zaman ön plandadır. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunun əsas prioritetidir. Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılması, Orta dəhlizin inkişafı, nəqliyyat-logistika layihələri və "yaşıl enerji" təşəbbüsləri Azərbaycanın ABŞ üçün də strateji əhəmiyyətini artıran amillər sırasındadır.

N.Məmmədova vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni regional əməkdaşlıq modeli Ağ Ev üçün maraq doğuran istiqamətlərdəndir: "Postmünaqişə dövründə sülh gündəliyinin irəli aparılması, kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın təşviqi və regionun sabit inkişafı Vaşinqton tərəfindən dəstəklənir. Bu baxımdan ABŞ-nin Azərbaycanla konstruktiv dialoqunun güclənməsi, bütövlükdə regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də Azərbaycanın Vaşinqtonla qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!