16 May 2024 08:35
324
İQTİSADİYYAT
A- A+
Asiya nəhəngi Cənubi Qafqaz lideri ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır

Asiya nəhəngi Cənubi Qafqaz lideri ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır

 

Xəbər verildiyi kimi, mayın 14-də Prezident İlham Əliyev Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı vurğulanmışdır ki, son dövrlər Çinlə Azərbaycan arasında münasibətlər daha da genişlənir. İki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur və iqtisadi-siyasi sahədə əlaqələr dərinləşir. Xüsusilə iki ölkənin dövlət başçıları arasında yaranan dostluq əlaqələri bu münasibətlərin daha da inkişafına pozitiv təsir göstərir. Çinin özünün ən böyük qlobal layihələrindən olan "Bir kəmər, bir yol" layihəsinin təqdimat konfransına Prezident İlham Əliyevi dəvət etməsi bunun göstəricisidir. 
Ümumiyyətlə, son dövrlər Çinlə Azərbaycan arasında bütün sahələr, o sıradan iqtisadi əlaqələr üzrə dinamik inkişaf edir. Ancaq iqtisadi əlaqələrdən əvvəl hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edən bir siyasi məsələdə həmişə həmrəylik nümayiş olunub. Bütün beynəlxalq tədbirlərdə Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu, Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin səbəbini dünyaya çatdırmaqda bizim üçün önəmli idi. 
Təəssüf ki, bu gün ÇXR-in Tayvan problemi hələ də həll edilməmiş qalır.  Qərb üzdə "Vahid Çin" siyasətini dəstəkləsə də, reallıqda fərqli qərarlar qəbul edir. Bu yaxınlarda ABŞ tərəfindən Tayvana silah satışı üçün vəsait ayrılması buna bariz nümunədir. Azərbaycan isə həmişə olduğu kimi, "Vahid Çin" siyasətinə sadiqdir və bütün beynəlxalq platformalarda ÇXR-in ərazi bütövlüyünü dəstəkləyir. Dövlətimizin başçısı Çinin nümayəndə heyətini qəbul edərkən bu məsələyə bir daha toxunaraq ölkəmizin ÇXR-in ərazi bütövlüyünü dəstəklədiyini bildirərək qeyd etmişdir ki, dünyada hələ də separatizmin dəstəklənməsi halları və ikili standartlar mövcuddur. 
Təbii ki, iki ölkə arasındakı münasibətlərdə əsas hədəf iqtisadi əlaqələri genişləndirməkdir. Xoş münasibətlər ölkələrimiz arasında iqtisadi və nəqliyyat sahələrində əlaqələrin dərinləşməsinə imkan yaradıb. Çinlə ölkəmiz arasında  hazırda bərpaolunan enerji vasitələrinin istehsalı, Azərbaycanda elektroavtobusların və elektroavtomobillərin istehsalı üçün investisiyanın qoyulması müzakirə edilir. 
Azərbaycanla Çin arasında iqtisadi əlaqələrdə ən mühüm məsələ "Bir kəmər, bir yol" layihəsində əməkdaşlıqdır. Bu layihə 150 ölkəni əhatə edir. Ancaq Azərbaycan layihənin icrasında Çin üçün ən önəmli ölkədir. Çünki biz coğrafi və nəqliyyat infrastruktur imkanlarına görə Orta dəhlizin açar ölkəsiyik. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın tranzit ölkə kimi beynəlxalq əhəmiyyəti daha da artıb. 
Azərbaycan Bakı Ələt Dəniz Limanının ötürücülük gücünün 25 milyon tona çatdırılması üçün görülən işlərin mühün hissəsini tamamlamaq üzrədir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan ərazisində genişləndirilməsi işləri isə başa çatıb. 
"Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin  kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin maliyyə dəstəyi ilə inşa edilmiş BTQ dəmir yolu 2017-ci ildə istismara verilib. Digər mühüm layihə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın yanında yerləşən və mühüm infrastruktura malik olan Ələt Azad İqtisadi Zonası yerli və xarici investor cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. Sosial-iqtisadi inkişaf strategiyamızda da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi nəzərdə tutulur.
Bundan əlavə, Orta dəhliz ölkələri arasında tranzit daşımalara aid məlumatların öncədən mübadiləsini təmin edən elektron gömrük qeydiyyatı portalının yaradılmasına başlanıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin mart ayında 6 ölkə arasında protokol imzalanıb. Protokola əsasən, Orta dəhliz boyu malların hərəkət edəcəyi ölkələrin sistemə daxil edilməsi, tranzit məsələlərinin maksimum sadələşdirilməsi hədəflənib. 
Zəngəzur dəhlizinin açılması isə Çinin Avropa və Türkiyə üzərindən Asiya, həmçinin Şimali Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirməsinə əlavə imkanlar yaradacaq. Belə ki, ilkin hesablamalara görə, Zəngəzur dəhlizi Orta dəhlizin daşınma qabiliyyətini ildə 8-10 milyon tona qədər artırmağa imkan verə bilər. 
Onu da vurğulayaq ki, görülən tədbirlər sayəsində son üç ayda Trans-Xəzər Beynəlxalq Tranzit Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və bunun nəticəsində həmin konteynerlərin Gürcüstan limanlarına çatması cəmi 12 gün çəkib. Məlumat üçün bildirək ki, əvvəllər bu müddət təxminən 40-50 gün idi.
Xatırladaq ki, Orta dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunur.
Görülən işlər öz müsbət nəticəsini verir, ticarət tərəfdaşlarımızın bu marşruta olan güvəni artır. Bunun sayəsində Orta dəhliz üzərindən yükdaşımanın dinamikası yüksələn xətlə davam edir. Təkcə 2023-cü ildə  Orta dəhliz vasitəsilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 faiz çoxdur.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

00:55
01 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan FMV-nin (geyimlərin) satın alınması məqsədilə müsabiqə elan edir

00:54
01 Noyabr

Bakıda türkiyəli rəssamların “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgisi açılıb  

22:54
31 Oktyabr

Almaniya İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb

22:52
31 Oktyabr

Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların Bakı Stadionuna məlumat səfəri təşkil olunub

22:50
31 Oktyabr

Brüsseldə keçirilən seminarda Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

22:49
31 Oktyabr

Noyabrın 1-dən COP29 zolaqlarına daxil olmaq qadağandır

22:48
31 Oktyabr

Türkiyə COP29-da Uzunmüddətli İqlim Strategiyasını açıqlayacaq

22:46
31 Oktyabr

Azərbaycanda demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu mövzusunda dəyirmi masa keçirilib  

22:31
31 Oktyabr

Dayanıqlı İnkişaf Məqsədləri və iqlim fəaliyyətinə dair tədbirlər müzakirə olunub

22:28
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

21:42
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub

21:09
31 Oktyabr

Milan Sedlaçek: COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək  

20:19
31 Oktyabr

Səfir: Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq

20:13
31 Oktyabr

İspaniya Hökumətinin Sədri Zati-aliləri cənab Pedro Sançezə

20:03
31 Oktyabr

Bakının Xətai rayonunda Alim Məmmədov adına körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub

19:57
31 Oktyabr

XİN: Fransa bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirdi  

19:57
31 Oktyabr

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

19:37
31 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib

19:17
31 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:12
31 Oktyabr

Ankarada keçirilən görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

18:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!