25 Oktyabr 2024 08:00
2818
SİYASƏT
A- A+
Azərbaycanın uğurlu "yaşıl enerji" siyasəti

Azərbaycanın uğurlu "yaşıl enerji" siyasəti


COP29 iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışların effektiv platforması olacaq 


Son 20 ildə Azərbaycanda həyata keçirilən praqmatik xarici siyasət təkcə Vətən müharibəsində möhtəşəm zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnmədi, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına, regionda söz sahibi olan ölkə kimi mövqelərinin möhkəmləndirilməsinə mühüm zəmin yaratdı. Prezident İlham Əliyev istər xarici ölkələrdə keçirilən, istərsə də ölkəmizin evsahibliyi etdiyi nüfuzlu tədbirlərin tribunasından Azərbaycanın dövlətçilik maraqlarını qorumaqla yanaşı, XXI əsr insanını düşündürən bir sıra qlobal çağırışlar və təşəbbüslərlə çıxış edir. 

Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına iki dövr üzrə sədrlik etməsi, həmçinin Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalaması ölkəmizə göstərilən böyük etimad və uğurla qurulmuş əməkdaşlıq münasibətlərinin nəticəsidir. Bütün bu uğurların əsas müəllifi müasir geosiyasi proseslər kontekstində beynəlxalq güc mərkəzləri və tərəfdaşlarla dəqiq, balanslaşdırılmış, düşünülmüş, sağlam diplomatik münasibətlər qurmağı bacaran və əksər dünya liderləri tərəfindən hörmət və ehtiramla qarşılanan cənab Prezident İlham Əliyevdir. 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində əsası qoyulan "Tərəflər Konfransı" kimi nəhəng, 198 üzv dövləti özündə birləşdirən COP29-un ölkəmizdə keçirilməsi qərarı da məhz cənab Prezidentin müstəsna xidmətlərinin nəticəsidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim çox fəal siyasət yürüdüb.

Ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq tədbir hesab edilən COP29-a evsahibliyi etmək Azərbaycana beynəlxalq münasibətlər müstəvisində bir neçə istiqamətdə əlavə üstünlüklər qazandıra bilər. Belə ki, ümumilikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, hər şeydən öncə, insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan hər zaman qlobal çağırışlara çevik reaksiya verən və özü də təşəbbüslərlə çıxış edən ölkələr sırasında mühüm yer tutub. Bu səbəbdən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ölkəmizin dünyanın prioritet elan etdiyi "yaşıl keçid"in fəal iştirakçılarından biri kimi tanınması və "yaşıl gələcək"lə bağlı hədəflərinin məntiqi davamıdır. Bu həm də 278 illik ənənəvi (sənaye) üsulla neft (karbohidrogen) istehsalından yeni enerji istehsalına keçid deməkdir. 1846-cı ildən bu yana ölkəmizdə çıxarılan neftin ümumi miqdarı 1971-ci ildə 1 milyard ton, 2017-ci ildə 2 miliyard ton olub. Lakin ilin bütün fəsillərində göydə Günəşi və küləyi görən azərbaycanlılar bu tükənməz sərvətdən gərəyincə istifadə edə bilməyiblər.

Azərbaycanın alternativ və bərpa-olunan enerji potensialı yüksəkdir. Son illər Azərbaycan "yaşıl enerji"nin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca önəmli addımlar atıb. Belə ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. 2021-ci ildə cənab Prezidentin müvafiq sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sənəd təsdiq edilib. Milli prioritetlərə uyğun olaraq növbəti onillik üçün hədəf kimi ölkənin sosial-iqtisadi inkişafının 5 əsas prioriteti təsdiq edilib. Həmin prioritetlərdən biri isə Azərbaycanın "təmiz ətraf mühitə və "yaşıl inkişaf"a malik ölkə" kimi müəyyənləşdirilməsidir. Bu istiqamətdə bir sıra zəruri tədbirlər həyata keçirilir: ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlərə başlanılıb. 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını baza ili (1990-cı il) ilə müqayisədə 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq qarşıya əsas məqsəd kimi qoyulub. 

Bundan başqa, Azərbaycanın digər əraziləri kimi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da "yaşıl enerji" ehtiyatının zənginliyi ilə diqqət cəlb edir. "Yaşıl enerji zonası" elan edilən bu ərazilərin  genişmiqyaslı bərpası və yenidən qurulması prosesində ətraf mühitin mühafizəsi də diqqətdə saxlanılır. Bu ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmaların tətbiqinə üstünlük verilir, ekosistemin bərpası ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirilir. 

Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Prezidentin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə COP29-a evsahibliyi edəcək Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Ölkəmiz indi "yaşıl enerji" istehsalını artırmağı və "yaşıl enerji"ni dünya bazarlarına çıxarmağı hədəfləyib. 2023-cü il aprelin 25-də Bolqarıstana səfəri zamanı bir daha Qərblə enerji əməkdaşlığını diqqətə çəkən Prezident "yaşıl enerji" ixracının əsas istiqamətini də qeyd etmişdir: "Azərbaycanın "yaşıl enerji" ixracının əsas istiqaməti Avropadır. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 qiqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıb".

Artıq bu istiqamətdə ciddi addımlar atılır, bir sıra ölkələrlə əməkdaşlıq əlaqələri yaradılıb, yeni günəş və külək-elektrik stansiyaları qurulur, hətta bəziləri istismara verilib. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin istifadəyə verdiyi "Qaradağ" Günəş-Elektrik Stansiyasını, Səudiyyə Ərəbistanının "ACWA POWER" şirkətinin 2025-ci ilin birinci rübündə işə salmağı planlaşdırdığı 240 meqavatlıq "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasını, BP şirkətinin Cəbrayıl rayonunda tikintisinə başlayacağı 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasını, həmçinin "Nobel Energy" şirkətinin bu rayonda inşasını planlaşdırdığı günəş-elektrik stansiyasını, "Masdar" şirkəti tərəfindən Naxçıvanda 50 meqavatlıq, Biləsuvarda, Neftçalanın Bankə qəsəbəsində və Bakı ətrafında, Abşeronda 1000 meqavatlıq günəş-elektrik stansiyalarının tikintisini qeyd edə bilərik. Beləliklə, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşıya məqsəd qoyub. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 26-da 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyasının rəsmi açılış mərasimində demişdir: "Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır". 

Bu, Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı deməkdir. Beləliklə, yeni dövrün yeni hədəflərindən və çağırışlarından biri də  "yaşıl Azərbaycan"dır.  Vaxtilə Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzaladısa, bu gün Prezident İlham Əliyev yeni yüz ilin "Yaşıl enerji müqavilələri"nı həyata keçirir. Bu istiqamətdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. İlk növbədə ekologiyanın qorunması üçün ən vacib məsələlərdən biri ekoloji şüurun, təbiəti sevən düşüncə ekosisteminin formalaşmasıdır. Bu işdə vətəndaş cəmiyyətinin rolunun artırılması zəruridir. 

COP29-un ölkəmizdə keçirilməsinin mühüm üstünlüklərindən biri də postmüharibə dövründə ölkəmizə qarşı müxtəlif platformalarda aparılan və onun sülhpərvər imicinə zərər vuran siyasətin neytrallaşdırılması üçün şəraitin yaradılmasıdır. Belə ki, bu genişmiqyaslı tədbirin keçirildiyi günlərdə ölkəmizə səfərə gələn qonaqların işğaldan azad edilmiş ərazilərə ənənəvi səfərlərinin təşkil edilməsi ilə onlara həqiqətləri - ermənilərin "ekofaşist" siyasətinin nəticələrini öz gözləri ilə görmək imkanı yaradılır. 30 il ərzində erməni işğalı nəticəsində həmin ərazilər dağıntılara, işğala, ekoloji soyqırımına, işgəncələrə məruz qalıb, "boz zona"ya çevrilib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində həmin ərazilərin flora və faunası məhv edilib, Azərbaycanın mədəni irsi, abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılıb, kənd təsərrüfatı ciddi ziyan görüb. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz "boz zona"nın "yaşıl zona"ya çevrilməsinə imkan yaradıb. İndi Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri həmin torpaqların həqiqi sahiblərinə qovuşmasının bariz sübutudur. Məhz həmin ərazilərə səfərlər zamanı qonaqlar kimin bu ərazilərin həqiqi sahibi olduğunu öz gözləri ilə görürlər. Bu həm də Azərbaycanın regiona sülh, əməkdaşlıq və inkişaf gətirmək niyyətinin  bariz nümunəsidr. Dövlət başçımızın qeyd etdiyi kimi: "COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da, ümumiyyətlə, COP-un tarixində yeni bir inkişafdır. Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir".

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsinə doğru qətiyyətli addım atılacaq və Azərbaycanın yeni qlobal mühitə inteqrasiyasını sürətləndirəcək. Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü beynəlxalq konfransının iştirakçılarına müraciətində qeyd olunduğu kimi: "Bakıdakı COP üçün seçdiyimiz "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır".


Araz XUDADANOV,

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!