31 May 2025 10:12
3466
Oxucu məktubları
A- A+
ASAN-ı çətinə salmayaq

ASAN-ı çətinə salmayaq


Dövlət başçısı İlham Əliyevin fərmanı ilə 2012-ci ildə yaradılan "ASAN xidmət" bu gün ölkəmizdə hər kəsin daha çox üz tutduğu quruma çevrilib. Üstünlükləri çoxdur. "ASAN xidmət"lərdə vətəndaşlar çoxsaylı dövlət xidmətlərindən daha əlçatan və şəffaf şəkildə istifadə edir, heç bir bürokrat məmurla üz-üzə gəlmir, təmasda olmurlar. 

Əməkdaşlar da, əsasən, işlərinə məsuliyyətlə yanaşırlar. Könüllülər isə ünsiyyət zamanı çox mehriban və səmimidirlər. Gənclərimizin formalaşmasında, mədəniyyət və etik qaydaları mənimsəməklərində "ASAN könüllü"lük hər bir gənc üçün böyük təcrübə məktəbidir. 

Mən də bir vətəndaş olaraq "ASAN xidmət"dən vaxtaşırı yararlanıram. Buradakı xidmətlərdən, əsasən, razıyam. Lakin istisna hallar da olur. Məsələn, elə xidmətlər var ki, çox vaxt itirirsən. Hər hansı problemin həlli, arayışın verilməsi də bəzən  günlərlə, həftələrlə uzanır. Adi doğum haqqında itmiş şəhadətnamənin yeni nüsxəsini almaq üçün günlərlə gözləmək lazım gəlir. Yaxud ödəniş məsələsi. Açığını deyək ki, rüsumlar bahadır, aztəminatlı vətəndaşın büdcəsinə uyğun gəlmir. Halbuki bu və ya digər arayışı ucuz, yaxud ödənişsiz vermək mümkündür. Nəzərə alsaq ki, "ASAN xidmət"də  dövlət qurumları fəaliyyət göstərir və həmin dövlət qurumları da dövlət büdcəsindən, yəni biz vətəndaşların ödədiyi vergilərdən maliyyələşir, onda hər hansı arayışın, yaxud sənədin verilməsinə rüsum, özü də yüksək rüsum almaq nə dərəcədə doğrudur?

Bütün bunlara rəğmən, müasir qurum olaraq dövlət-vətəndaş əlaqələrinin sadələşdirilməsi baxımından asan və əlçatanlığına görə "ASAN xidmət" artıq bir Azərbaycan brendidir. Arzu edirəm ki, ASAN öz işini çətinə salmasın, imicini qorusun, vətəndaşların  narazılıqlarını, şikayətlərini nəzərə alsın.


İlhamə MƏHƏMMƏDQIZI,

Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!