13 Fevral 2025 08:55
2215
Səhiyyə
A- A+
Arıqlama çayları və qəhvələri sağlamlığa təhlükə yaradır

Arıqlama çayları və qəhvələri sağlamlığa təhlükə yaradır


Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən arıqlama çayları və qəhvələri ilə bağlı  əhaliyə müraciət edib. Məlumatda bildirilib ki, son dövrlər elektron ticarət yolu ilə kütləvi formada "arıqlama çayı və qəhvələri" adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycana gətirilməsi artmaqdadır. Gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində həmin məhsulların tərkibində güclü təsirə malik "sibutramin" maddəsinin olduğu aşkar edilib.


Vətəndaşlara diqqətli olmaları tövsiyə edilir


Sibutramin maddəsi Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir və bu tərkibdə malların ölkəyə gömrük sərhədindən nəzarətdən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi cinayət məsuliyyəti yaradır.

Eyni zamanda Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən, piylənmə əleyhinə vasitə kimi istifadə olunan "sibutramin" tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq, dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub. Bu maddənin Avropa Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan çıxarılması və beynəlxalq səviyyədə istifadəsinin qadağan olunması da təsbit olunub. Buna görə də vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaları tövsiyə edilir.

Sibutramin təsiredici maddəsinin ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, miqren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və sairəni göstərmək olar. Bu səbəblərdən "sibutramin" tərkibli məhsulların qeydiyyata alınması Azərbaycandan başqa, Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Misir və digər dövlətlərdə də qadağan olunub.


"Davamlı toxluq hissi istifadəçiləri həvəsləndirsə də, bir müddət sonra onun fəsadları ilə üzləşirlər"


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən dietoloq Ülkər Vəliyeva bildirib ki, tərkibində "sibutramin" maddəsinin olub-olmamasından asılı olmayaraq, ümumiyyətlə, heç bir arıqlama çay və qəhvələrinin istehlak edilməsi tövsiyə edilmir: "Əksəriyyətinin üzərində "yüz faiz təbiidir" yazılsa da, bu, qətiyyən həqiqəti əks etdirmir. İnsanlar sosial şəbəkələrdə, televiziya ekranlarında qarşılarına çıxan "aclıq hissini yox edir", "bədəndəki yağları azaldır", "toksinləri təmizləyir" kimi vədlərə aldanıb arıqlama məhsullarını əldə edirlər. Bu da onları ağır fəsadlara sürükləyir. Düzdür, arıqlama çayı və qəhvələri mərkəzi sinir sisteminə təsir edərək burada olan toxluq mərkəzini qıcıqlandırır. Lakin bu hiss müvəqqətidir. Metabolizmanın sürətlənməsi, kalorinin az olması, davamlı toxluq hissi istifadəçiləri həvəsləndirsə də, bir müddətdən sonra bu məhsulların fəsadları ilə üzləşirlər". 

Mütəxəssisin sözlərinə görə, çəki atmaq üçün nəzərdə tutulmuş çay və qəhvələrin fəsadları fərdə görə, onun xroniki xəstəliklərinə görə dəyişə bilər: "Yaşı 18-dən aşağı və 65-dən yuxarı olan şəxslər, hamilələr, xroniki xəstəlikləri olanlar bu məhsullardan, ümumiyyətlə, istifadə etməməlidirlər. Arıqlama çay və qəhvələri ürək ritminin pozulmasına, ağız qurumasına və təzyiqin yüksəlməsinə səbəb olur, qaraciyər və böyrəyə ciddi zərər verir, su və əzələ itkisi mineral və vitaminlərin sovrulmasını ləngidir, allergik reaksiyalar yaradır".

Arıqlamaq üçün sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük verilməsinin vacibliyini qeyd edən dietoloq sağlamlığa ziyan gətirən məhsulların istifadəsindən uzaq durmağı tövsiyə edib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!