Arıçılığa dövlət dəstəyi bəhrəsini verir
Ölkədə aqrar sektorun inkişafı istiqamətində aparılan siyasət öz müsbət nəticəsini verməkdə davam edir. Hətta koronavirus pandemiyası dövründə bir çox sahələrdə məhsul istehsalı azalsa da, kənd təsərrüfatında tənəzzül hiss olunmamışdır. Bu fakt da sübut edir ki, dövlətin son vaxtlar kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına verdiyi dəstək nəticəsiz qalmamışdır.
Xüsusilə dövlət başçısı tərəfindən ənənəvi sahələrin dirçəldilməsi barədə imzaladığı sərəncamlar bu təşəbbüsün özünü doğrultduğunu sübut etmişdir. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın, çəltikçiliyin, fındıqçılığın və digər sahələrin inkişafı ilə bağlı görülən tədbirlərdən sonra adları çəkilən sahələrdə məhsuldarlığın yüksək sürətlə artması da bunu təsdiqləyir. Məsələn, baramaçılığın inkişafı barədə imzalanmış sərəncamdan sonra bu sahədə məhsuldarlıq faizlə deyil, dəfələrlə artmışdır.
Onu qeyd edək ki, sözügedən sərəncamlarda qarşıya qoyulan vəzifələrin icrası inzibati xarakter daşımır, əksinə, fermerlərin həmin sahələrə maraq göstərməsi üçün dövlət tərəfindən onlara maliyyə dəstəyi verilir, həmçinin məhsulun xarici bazara çıxarılması, yüksək gəlir əldə edilməsi üçün kömək göstərilir. Fermerlər də bu dəstəyə cavab olaraq məhsul istehsalını artırırlar.
Dövlətin inkişafına dəstək verdiyi ənənəvi sahələrdən biri də arıçılıqdır. Prezidentin 5 mart 2018-ci il tarixli “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncamı bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Həmin sənədə əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 2018-ci il də daxil olmaqla, beş il müddətində subsidiya ödənilir.
Arıçılığın inkişafında təkşilatlanma və idarəçilik önəmli rol oynayır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılmış, həmçinin Azərbaycan Arıçılıq Assosiasiyası təsis edilmişdir. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond (damazlıq) arıxanalarının yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bunun nəticəsi olaraq arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında, habelə ixracında əhəmiyyətli artım müşahidə edilir. Arıçılığa dövlət dəstəyi sayəsində rayonlarda fermerlərin bu sahəyə marağı ildən-ilə artır. Məsələn, Biləsuvar rayonunda mövcud olan 98 arıçılıq təsərrüfatında 3000-dən çox arı ailəsi saxlanılır. Ötən il həmin arı ailələrinin hər birindən 10 kiloqram olmaqla 36 ton 12 kiloqram məhsul götürülüb. Saxlanılan arı ailələrinə görə, rayon arıçılarına dövlət tərəfindən 30 min manat subsidiya ödənilib.
Astara rayonunda da arıçılığın inkişafında böyük dönüş yaranıb. Qeyd edək ki, Astara arıçılıqda ölkəmizin öndə gedən rayonlarındandır. Astara Arıçılar Birliyinin sədri Arif Nəzərov deyir ki, bu il məhsuldarlıq yaxşı olacaq. Artıq arılar çiçək tozu gətirməyə başlayıb. Bu, məhsuldarlıqda mühüm rol oynayan faktordur. Ötən il rayonda 400 tona yaxın bal tədarük olunub. Cari mövsüm ilk balın süzülməsi hava şəraitindən olaraq iyun ayının ortalarında aparılacaq. A.Nəzərov bildirir ki, rayonda həvəskar arıçılarla birlikdə 1300-dən çox arıçı var. Onların təsərrüfatlarında 28 minə yaxın arı ailəsi bəslənilir.
Bu iki rayonun timsalında arıçılığın inkişafında müsbət dinamika aydın görünür. Dövlət tərəfindən arıçılığın inkişafına dəstək verildikdən sonra ölkəmizin bütün ərazisində arı ailələrinin saxlanmasına və bal istehsalına böyük maraq yaranıb. Son vaxtlar bu növ məhsullarla daxili tələbatın ödənilməsi ilə yanaşı, ixracın da artdığının şahidi oluruq.
Rüstəm KAMAL,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!