18 Mart 2025 08:40
593
SİYASƏT
A- A+
AP-nin qətnaməsi anti-Azərbaycan ritorikasının pik həddidir

AP-nin qətnaməsi anti-Azərbaycan ritorikasının pik həddidir


"Son dövrlərdə Avropa Parlamentinin  ölkəmizə qarşı qəbul etdiyi qətnamələr Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurur. Bu qətnamələr ölkəmizin müstəqil siyasətinə və daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları təhrif edir".  

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, martın 13-də Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın beynəlxalq hüquq və suverenlik prinsiplərinə qarşı haqsız bir addımdır. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu qətnaməni qəti şəkildə rədd edərək Avropa Parlamentinə etiraz məktubu göndərib. Komitə qətnamənin əsassız və qeyri-obyektiv olduğunu vurğulayaraq AP-nin  Azərbaycanın müstəqil siyasətini və beynəlxalq mövqeyini hədəf aldığını qeyd edib. "Milli Məclis belə qətnamələrin Azərbaycanla Avropa Parlamentinin münasibətlərinə mənfi təsir göstərəcəyini və ikitərəfli əməkdaşlığına zərər verəcəyini bildirərək, AP-ni obyektiv və ədalətli yanaşmaya çağırıb. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilmiş təqsirləndirilən şəxslərdir. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir. Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir", - deyə siyasətçi əlavə edib.

Onun sözlərinə görə, qətnamədə əks olunan bəzi məsələləri qurumun anti-Azərbaycan ritorikasının pik həddi hesab etmək olar. Burada yenə də erməni sevgisi, azərbaycanofobiya və riyakarlıq açıq-aydın hiss olunur. Xatırladaq ki, Bakıda məhkəməsi keçirilən şəxslər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Aydındır ki, qatı ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin üzvləri üçün bir "həqiqət" var ki, o da qərəz və ikili yanaşmadır. Dəfələrlə bunun şahidi olmuşuq. Məhkəməyə təzyiq yolunu seçən Avropa Parlamentinin üzvləri hər vəchlə çalışırlar ki, təqsirləndirilən şəxslər qərardad çıxarılmadan azad olunsunlar. Demək olar ki, dünya məhkəmə tarixində belə hal baş verməyib. 

K.Bayramov qeyd edib ki, Avropa parlamentariləri tərəfindən barələrində konkret ittihamlar olan şəxslərin hərbi əsir kimi qələmə verilməsi hiddət doğurur: "Halbuki həmin şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında saxlanılıblar. Bu şəxslərin "hərbi əsir" kimi qələmə verilməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir".

Deputat diqqətə çatdırıb ki, Milli Məclisin sözügedən komitəsi avropalı parlamentariləri yenidən düşünməyə, revanşist qüvvələri dəstəkləməməyə və qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırır: "Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə,  ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

19:41
17 Aprel

 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 2

19:24
17 Aprel

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

19:19
17 Aprel

Tramp: İran ABŞ-nin köməyi ilə bütün dəniz minalarını təmizləyir

19:19
17 Aprel

Tramp Hörmüz boğazı açılandan sonra ona zəng edən NATO-nu tənqid edib  

19:18
17 Aprel

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib  

19:18
17 Aprel

ABŞ Mərkəzi Komandanlığı: Blokada zamanı heç bir gəmi dəniz qüvvələrindən yayınmayıb  

19:17
17 Aprel

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

19:15
17 Aprel

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

19:15
17 Aprel

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

19:07
17 Aprel

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihəsinin inkişafı nəzərdən keçirilib  

18:25
17 Aprel

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

18:23
17 Aprel

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

18:22
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!