06 May 2024 11:25
186
CƏMİYYƏT
A- A+

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır  

 

Türk dövlətlərinin ortaq əlifbasının yaradılması mühüm hadisə olacaq. Bu, indiki mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin ortaqlığının, birliyinin daha da möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir, dövrün və zamanın çağırışıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın mayın 6-da Bakıda keçirilən ikinci iclasında deyib.

Türk dünyasında əlifba islahatlarının Azərbaycan xalqının mütəfəkkiri M.F.Axundzadə tərəfindən başladıldığını xatırladan akademik 1879-cu ildə latın qrafikası əsasında əlifba hazırlandığını diqqətə çatdırıb və 1924-cü ildə yaradılan Əlifba Komissiyasının bu istiqamətdə müəyyən işlər gördüyünü qeyd edib.

“1926-cı ilin fevral-mart aylarında keçirilən Birinci Türkoloji Qurultaydan artıq 100 ilə yaxın vaxt keçir. SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı mühüm əhəmiyyət daşıyan bu qurultayda iki məsələ müzakirə mövzusu idi. Bunlardan biri ərəb əlifbasının sadələşdirilib qəbul edilməsi, digəri isə latın əlifbasına keçid məsələsi idi. İştirakçıların 70 faizi latın əlifbasına keçidi dəstəkləmişdilər”, - deyən İsa Həbibbəylinin sözlərinə görə, müzakirə zamanı latın əlifbasının qrafit işarələri ilə bağlı fikir ayrılığı yaranıb.

AMEA-nın prezidenti türk dövlətlərinin ortaq əlifbasının yaradılması işində komissiyanın işinə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video