28 Mart 2019 17:27
872
Elm və texnika
A- A+
AMEA-nın prezidenti: “Elm günü”nün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir

AMEA-nın prezidenti: “Elm günü”nün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Elm günü”nün nəticələrinə həsr olunan toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bu əlamətdar günün əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə "Elm günü”nün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir.

A.Əlizadə Azərbaycanın elm cəmiyyətinin belə bir günün keçirilməsi ilə bağlı tarixdə bir neçə dəfə təşəbbüs göstərdiklərini qeyd edərək, nəhayət 2018-ci ildə ölkə rəhbəri İlham Əliyev tərəfindən "Elm günü”nün təsis edilməsi ilə bağlı müvafiq Sərəncamın imzalandığını və bu addımın alim və mütəxəssislər tərəfindən böyük sevinclə qarşılandığını vurğulayıb.

Akademik 1993-cü ildə AMEA Rəyasət Heyətində alimlərin ümummilli lider Heydər Əliyevlə görüşünü xatırladıb, dahi şəxsiyyətin akademiyaya və ümumilikdə Azərbaycan ziyalılarına, elm və təhsilə hər zaman xüsusi diqqət göstərdiyini vurğulayıb.

O, son zamanlarda AMEA-da əldə olunan nailiyyətlərdən də danışıb. Dövlət başçısının müvafiq Sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkından söz açıb, bu müəssisədə elmin kommersiyalaşdırılması ilə bağlı ciddi tədbirlərin görüldüyünü, rəqabətqabiliyyətli məhsulların istehsal edildiyini, gənclər üçün innovativ şəraitin yaradıldığını qeyd edib.

AMEA-nın prezidentinin sözlərinə görə, rəhbərlik etdiyi qurumda yaradılmış magistratura pilləsi gənc kadrların elmə cəlb olunmasında xüsusi əhəmiyyətə malikdir. Akademiyada ilk dəfə ali təhsilin ikinci pilləsi olan magistraturanın təşkili bu qurumun tarixində ən mühüm addımlardandır.

AMEA-nın rəhbəri akademiyada fəaliyyət göstərən alimlərin elmmetrik göstəricilərinin yüksəldiyini, dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərc olunan məqalələrin sayının artdığını deyib, bu kimi nailiyyətlərin regionlarda da əldə olunması üçün zəruri tədbirlərin görülməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

A.Əlizadə gənc tədqiqatçılar üçün mövzu müəyyənləşdirərkən dünya elminin inkişaf tendensiyalarının nəzərə alınmasının vacibliyini önə çəkib, müasir mövzularda, multidissiplinar tədqiqatların aparılmasının zəruriliyini qeyd edib.

Akademik çıxışının sonunda bu tarixi gün münasibətilə bütün elm ictimaiyyətini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli alimlərin peşə bayramının – "Elm günü”nün təsis olunması ilə əlaqədar olaraq Prezident İlham Əliyevə elm ictimaiyyəti adından təşəkkürünü bildirib.

AMEA-nın vitse-prezidenti Azərbaycan elminin inkişafının ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi ilə bilavasitə bağlı olduğunu söyləyib. O, hazırda Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin böyük ideyalarının, elm siyasətinin ardıcıllıqla və uğurla həyata keçirildiyini deyib: "AMEA-nın yubiley tədbirlərində, müxtəlif elmi konfranslarda ölkə rəhbərinin Azərbaycan elminin inkişafına yönəlmiş çıxışlarının, qəbul etdiyi taleyüklü sərəncam və qərarların, ziyalılara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün cəmiyyətdə alimin nüfuzu xeyli artmış, bütün elm sahələrində ciddi nailiyyətlər əldə edilmişdir”.

İ.Həbibbəyli məhz ölkə rəhbərinin məqsədyönlü siyasəti nəticəsində bu gün AMEA-nın yeni bir mərhələyə qədəm qoyduğunu, alim və mütəxəssislərimizin dünya elminə inteqrasiya etdiyini vurğulayıb.

Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək "Elm günü” ilə əlaqədar fikirlərini bölüşüb. Alimin sözlərinə görə, AMEA-nın institut və təşkilatlarında uzun müddət ərzində bu tarixi gün ilə əlaqədar hazırlıq işləri görülüb, tədbirlər planı hazırlanıb. "Elm günü” çərçivəsində müxtəlif formatlarda innovativ tədbirlər, konfrans və dəyirmi masalar təşkil olunub, gənclərlə görüşlər keçirilib.

"Elm günü”nün ümummilli bayram kimi yüksək səviyyədə qeyd olunduğunu deyən alim tədbirlərdə ciddi elmi müzakirələrin aparıldığını qeyd edib. R.Əliquliyev bu günün təsis olunması ilə cəmiyyətin inkişafında elmin əhəmiyyəti və rolunun daha da artdığını vurğulayıb.

AMEA-nın akademik-katibi elmin maliyyələşdirilməsi ilə bağlı təkliflərini irəli sürərək qeyd edib ki, bu istiqamətdə prioritet elmi problemlərə xüsusi önəm verilməli, hədəflər üzrə yüksəkixtisaslı kadrlar hazırlanmalıdır. Gənc tədqiqatçılar ölkə və beynəlxalq səviyyəli qrant layihələrdə fəal iştirak etməlidirlər.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov "Elm günü”nün qeyd olunmasını akademiyanın həyatında əlamətdar hadisələrdən biri kimi qiymətləndirib, tədbirin uğurlu nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.

Ə.Əmiraslanov gənclərin elmə cəlb olunması, elmin kommersiyalaşdırılması ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsinin son dərəcə vacib olduğunu qeyd edib, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu deyib.

AMEA-nın elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov "Elm günü”nə həsr olunan müsabiqələr və onların nəticələrindən söz açıb. O, AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında "Magistr-2019” müsabiqəsinin keçirildiyini, müsabiqədə 35 magistrantın iştirak etdiyini deyib.

Alim AMEA-da ilk dəfə olaraq keçirilən, 69 gənc qadının namizədliyinin irəli sürüldüyü "Gənc qadınlar elmdə” müsabiqəsi haqqında da məlumat verib. Qeyd edib ki, əsas məqsəd akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatları, əldə etdikləri nailiyyətləri stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

O, həmçinin "Elm günü”ndə elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyəti mükafatı üzrə qalibin adının açıqlandığını da qeyd edib.

Ə.Sadıqov bildirib ki, "Elm günü” çərçivəsində keçirilmiş hər bir müsabiqəyə təqdim olunan işlər ekspert şuraları tərəfindən şəffaf və obyektiv şəkildə təhlil edilib, qaliblər mükafatlandırılıblar.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova "Elm günü”nün öz işini uğurla başa vurduğunu qeyd edib, hər kəsi bu bayram münasibətilə təbrik edib. Bu günün AMEA-nın institut və təşkilatlarında həyata keçirilən layihələr, aparılan elmi tədqiqatlar və əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması, eyni zamanda, gənclərdə elmə marağın formalaşdırılması istiqamətində mühüm töhfələr verdiyini vurğulayıb.

İ.Hüseynova son zamanlar AMEA-da beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü, dünyanın nüfuzlu elmi qurumlarında çalışan alimlərlə birgə bir çox ortaq layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda fikir mübadiləsi aparılıb, elmin inkişafına dair bir sıra mühüm qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!