Aman qocalıq
“Qocalıq qarın yağmağı kimi qəfildən gəlir. Səhər durub görürsən ki, dörd bir tərəf ağa bürünüb”. Məşhur fransız dramaturqu Jan Fransua Renyarın da ifadə etdiyi kimi, insanlar doğulur, yaşayır və heç fərqinə varmadan bir də görür ki, yaşlanıb, bu həyatla vidalaşma məqamındadır.
Ta qədimdən insanlar yaşlanmanın onları bu həyatdan qoparma səbəbi olduğunu biliblər. Buna görədir ki, tarix boyu əbədi yaşamın sirrini öyrənməyə çalışıb, dirilik suyu axtarışına çıxıblar, lakin ən sonda kor-peşman təbiətinmi, Allahınmı, bilinməz, yaranan bu qarşısıalınmaz sirli qanun qarşısında baş əyməli olublar...
Bəli, zaman keçdikcə, istisnasız hər kəsin bədəni yaşlanır. Bəs bunun səbəbi nədir və qarşısını almaq mümkündürmü? Tibb elmi bütün insanlığı düşündürən bu suala hansı cavabları verir?
Hazırda insan ömrünün orta yaş həddi 75 ilə çatıb. Alimlər isə hətta insanların 115 ilə qədər yaşaya biləcəklərinə inanırlar. Belə ki, holland alimləri son 30 il ərzində 75 min insanın məlumatlarını təhlil edərək bu qənaətə gəliblər ki, qadınlar maksimum 115,7, kişilər isə 114,1 il yaşaya bilərlər.
Mütəxəssislər bildirirlər ki, əslində, qocalma zamanla orqanizmdəki hüceyrələrin ölməsindən irəli gəlir. Hüceyrələr zərərli molekullar səbəbindən illər keçdikcə dəyişikliklərə məruz qalır və həmin dəyişikliyi kodlayaraq gələcək nəsillərinə ötürürlər. Bu dəyişikliklər hüceyrənin özü üçün ölümcül olmasa da, digər hüceyrələrdə toplanaraq orqan fiziologiyası baxımından ölümcül ola bilirlər. Hüceyrələr daxili sistemlərin nizamını qurmaq üçün müəyyən molekullara vəzifələr verirlər. Ancaq bu molekullar da atomlardan ibarətdir və bir müddətdən sonra nizamsızlığa uğradıqda, nə qədər səy göstərilsə də, sabitliklərini itirməyə başlayırlar. Bu molekullar funksiyasızlaşdıqda hüceyrə də funksiyasız olur. Bunun nəticəsində zamanla orqanların da funksiyası pozulmağa başlayır. Bu proses qocalma prosesi adlandırılır və təəssüf ki, sonu ölümlə nəticələnir.
Hüceyrə yaşlanması
məqaləsində türk genetik Meriç Öztürk məlumat verir ki, hüceyrələrimizdə əmələ gələn, bütün funksional molekullar genlərimiz tərəfindən kodlanır və bu kodlardan istifadə edilərək istehsal olunur. Genlər xromosomlar, irsiyyətlə təmin edilən genetik strukturlar ilə bir araya gəlir, ancaq xromosomların bütün bölgələrində kodlaşdırma genləri olmur. Bunlardan biri də “telomer” bölgələridir. Telomerlər xromosomların uclarında yerləşir və onların digər xromosom ucları ilə bağlanmasına maneə törədir, eyni zamanda, xromosomların ucundakı DNT tellərinin qırılmasının qarşısını alır.
Telomerlərin hüceyrə yaşlanması ilə əlaqəli olma xüsusiyyəti, hər hüceyrə bölünməsi əsnasında DNT zəncirlərinin qısalmasıdır. Məməlilərin hüceyrələrindəki telomerlərin uzunluğu orta hesabla 35-40 min baza cütü olur və hər bölünmə ilə təxminən 100 əsas cüt qısalır. Uzun telomerlər daha çox hüceyrə bölünməsinə imkan verir, hüceyrə nə qədər qısa olarsa, bölünmə ehtimalı da o qədər azalır. Bu, yeni hüceyrə meydana gəlməsinin ləngiməsinə və nəticədə orqanın qocalmasına səbəb olur.
Daha çox uşaq, daha uzun ömür?
Simon Fraser Universitetindən Pablo Nepomnasçi və Sindi Barhanın rəhbərlik etdiyi qrup, daha çox uşaq sahibi olmağın telomerlərin uzunluğu ilə bağlı ola biləcəyini ortaya qoyublar. Belə ki, onlar 75 qadın iştirakçının uşaq sayını və telomer uzunluğunu araşdırıblar və məlum olub ki, onların telomer uzunluqları 13 illik fasilələrlə ölçülür. Nəticələr uşaq sahibi olmağın müvəffəqiyyəti ilə uzun telomerlərin olması arasında bir əlaqə olduğunu göstərib. Alimlər hesab edirlər ki, bunun səbəbi hamiləlik dövründə estrogen hormonu ifrazının artmasının telomerlərin uzunluğuna təsir etməsidir.
Elm adamları mitokondriyanın (hüceyrəyə enerji verən orqanoid) da hüceyrə yaşlanmasında rol oynadığını bildirirlər. Hətta bu istiqamətdə aparılan araşdırmalarda hüceyrələrdən mitokondriyanın çıxarılması zamanı zərərli molekulların sayı gənc hüceyrələrdə olduğu kimi azalmışdı.
Bir başqa səbəb isə, yaşlandıqdan sonra bədənin artıq yeni qan hüceyrələri istehsal edə bilməməsidir.
Ölümsüzlüyə çatmağı istəmək əvəzinə, xəstəliklərin qarşısını almaq lazımdır
Nyu York Albert Enşteyn Tibb fakültəsi Yaşlanmanın Araşdırılması Mərkəzinin direktoru Nir Barzilai 100 yaşdan yuxarı insanlarla bağlı araşdırmalar aparıb. Onun gəldiyi qənaətlərdən biri yaxşı xolesterol kimi tanınan HDL-in uzunömürlü insanlarda çox yüksək olmasıdır. Alim bildirib ki, HDL bir növ bədəndə təmizlik rolunu oynayır. Sərbəst lipid hissəciklərini bir yerə toplayır və qaraciyərə ötürərək oradan da safra turşusu olaraq bağırsaqlara göndərir.
N.Barzilai bildirir ki, araşdırmalara əsasən, ortaya çıxa biləcək möcüzə dərmanın əsas məqsədi yaşlanmanı dayandırmaq deyil, insanların sağlam yaşlanmasını təmin etməkdir. O, ölümsüzlüyə çatmaq istəmək əvəzinə qocalığa bağlı xəstəliklərin qarşısını almağın ən yaxşı yanaşma olduğunu deyir.
Mütəxəssislər sağlam bir orqanizmə sahib olmaq üçün sosiallaşmağın, idman etməyin, nizamlı qidalanmağın önəmli olduğunu vurğulayaraq, sağlam bədənin həm də daha uzun yaşamaq demək olduğunu bildirirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!