29 Yanvar 2026 21:58
215
CƏMİYYƏT
A- A+
Almaniyadan Azərbaycana 18 zubr yola salınıb  

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb  


AZƏRTAC xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Berlindəki “Tierpark” heyvanat parkından 12 zubr Azərbaycana yola salınıb. Bundan əlavə, Almaniyanın Bad Berleburq şəhərindən də 6 zubr ölkəmizə göndərilib.

Zubrların ölkəmizə göndərilməsi prosesini Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Berlinin “Tierpark” heyvanat parkının direktoru Andreas Knieriem və digər aidiyyəti qurumların nümayəndələri müşahidə ediblər.

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Bu cüssəli vəhşi öküzlər qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.

2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.

2019-cu ilin may ayından etibarən isə müxtəlif ölkələrdən, o cümlədən Almaniyadan Azərbaycana zubrlar gətirilir. Həmin heyvanlar uğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidə edilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiya zonasından vəhşi təbiətə buraxılır.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev media nümayəndələrinə müsahibəsində deyib: “Bu gün Berlin zooparkındayıq və mühüm bir hadisəyə şahidlik edirik. 2019-cu ildən IDEA təşkilatının dəstəyi ilə Almaniya ilə çox gözəl bir layihə həyata keçirilir. Belə ki, həm Almaniyada, həm də Avropanın müxtəlif ölkələrində olan zooparklardakı zubrlar Azərbaycana gətirilir və azadlığa buraxılır, təbiətə qaytarılır. Bu, Azərbaycanın təbii müxtəlifliyə, ətraf mühitin qorunmasına verdiyi böyük dəyərin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın Almaniya ilə tərəfdaşlığının gözəl bir nümunəsidir”.

Zubrlar Azərbaycana göndərilməsi üçün Berlin zooparkından nəqliyyat vasitələrinə yüklənərək Frankfurt şəhərinə çatdırılıb və oradan da ölkəmizə yola salınıb. Bu zubrlar Azərbaycana çatdırıldıqda bir müddət volyer şəraitində saxlanılacaq, adaptasiya dövrünü keçdikdən sonra təbiətə buraxılacaq.

Berlinin “Tierpark” heyvanat parkının direktoru Andreas Knieriem müsahibəsində ümumilikdə 18 zubrun yola salınacağını vurğulayaraq bunun indiyədək bir uçuşda daşınan ən böyük zubr qrupu olacağını qeyd edib. İndiyədək Azərbaycana bir neçə daşınma ilə müxtəlif zooparklardan gətirilmiş 46 zubrun yola salındığını bildirən Andreas Knieriem deyib: “Onların bir qismi buradan – “Tierpark”dan, digərləri isə Almaniyanın müxtəlif zooparklarından, xüsusilə Çexiyadan gətirilib. Bu 46 heyvan artıq Azərbaycanda bir araya gəlib və onlar artıq balalayıb. Beləliklə, zubrların sayı 46-dan bu gün təxminən 70-72 başa çatıb. Bu gün yola salınanları da nəzərə aldıqda Azərbaycandakı zubrların sayı təxminən 90-a yaxınlaşacaq. Demək olar ki, Azərbaycan artıq çox güclü və sağlam zubr populyasiyasına malikdir. Ümid edirəm ki, qarşıdakı illərdə biz bu prosesə daha çox töhfə verə biləcəyik və Azərbaycanda daha çox bala doğulacaq, ölkə zubrların qorunması sahəsində aparıcı yerlərdən birini tutacaq. Bu isə təbiət üçün biomüxtəlifliyin qorunması və zubrların davamlılığı baxımından son dərəcə vacibdir.

Fürsətdən istifadə edərək, həm prosesin uğurla həyata keçirilməsinə, həm də iki ölkə arasında real və səmimi əməkdaşlığa görə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Belə nümunəvi və etibarlı tərəfdaş olduğu üçün Azərbaycana bir daha təşəkkür edirəm”.

Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur. Layihə zubrların təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün mütəmadi qaydada müxtəlif maarifləndirmə tədbirləri, o cümlədən yay düşərgələri təşkil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Stiv Uitkof Ukrayna ilə Rusiya arasında sülh sazişinin tezliklə bağlanacağını bildirib  

22:36
29 Yanvar

ABŞ Senatında qismən şatdaunun qarşısını almaq üçün test səsverməsi uğursuz olub  

22:35
29 Yanvar

ABŞ Prezidenti Vladimir Putindən Kiyevə bir həftə hücum etməməyi xahiş edib  

22:25
29 Yanvar

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb  

21:58
29 Yanvar

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər  

21:43
29 Yanvar

Rusiya XİN: Moskva yalnız real təklifləri nəzərdən keçirməyə hazırdır  

21:36
29 Yanvar

WUF13 tədbirinə hazırlıq çərçivəsində dövlət qurumlarının nümayəndələri üçün dayanıqlılıq üzrə məlumatlandırma sessiyası keçirilib  

20:35
29 Yanvar

Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb

19:48
29 Yanvar

Özbəkistanlı ekspert: TRIPP Orta Dəhliz üçün yeni idarəetmə siqnalı kimi qiymətləndirilir  

19:16
29 Yanvar

Omanın xarici işlər naziri: Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır  

18:33
29 Yanvar

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə  

18:23
29 Yanvar

BMT: 2026-cı ildə qlobal iqtisadi artım pandemiyadan əvvəlki dövrdən aşağı olacaq

18:21
29 Yanvar

Qahirədə WUF13-lə bağlı seminar keçirilib  

18:16
29 Yanvar

Milli Məclisin sədri Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb  

18:11
29 Yanvar

Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:07
29 Yanvar

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır! 

18:01
29 Yanvar

Oman Şura Məclisinin sədri: Xalqlarımızın yaxınlığı Azərbaycanla münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir  

17:53
29 Yanvar

Zəngəzur dəhlizinin Avropa İttifaqının Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunması müzakirə olunub  

17:52
29 Yanvar

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində  

17:48
29 Yanvar

“Gabala Beverage Company” şirkəti ilə alkoqollu və alkoqolsuz içki zavodunun tikintisi üzrə görülən işlər müzakirə edilib

17:43
29 Yanvar

Azərbaycan və Çad arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  

17:37
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!