22 Aprel 2024 17:29
322
İDMAN
A- A+

Almaniyada Ulu Öndərin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək

 

Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq (Barleben) şəhərində Ulu Öndər Heydər Əliyevin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, yarışlarda 6-18 yaşlı uşaqlardan ibarət idman festivalı və Almaniyada təsis edilmiş Diaspora Boks Liqasının boksçularının iştirakı ilə müxtəlif idman növləri nümayiş olunacaq. Yarışlarda fərqlənən idmançılar medallar və hədiyyələrlə mükafatlandırılacaq.

Maqdeburq şəhərində həmyerlimiz Yaşar Niftəliyev tərəfindən təsis olunmuş, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin (WBCA-WORLD BOXING COMMITTEE H.ALIYEV), Diaspora Boks Liqasının (DBL-DIASPORA BOXING LEAGUE) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ənənəvi olaraq hər il Almaniyada Ulu Öndərin doğum günü geniş miqyasda qeyd edilir.

Yarışlarda məqsəd Ümummilli Liderin idmanla bağlı tövsiyələrinə əməl etmək, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı, eləcə də digər xalqların idmançı nümayəndələri ilə əlaqələrin qurulması, üçrəngli bayrağımızın dünya arenalarında dalğalandırılması, Ulu Öndər adını daşıyan Dünya Boks Komitəsinin təsis etdiyi WBCA kəmərinin 5 nüfuzlu kəmər sırasına düşməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video